Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi bağlandı

Tarix: 02-07-2020 18:08     Baxış: 2221 A- / A+
Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi bağlandı


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də etiket məlumatlarında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.

Məlum olub ki, istehsalçı fiziki şəxs olsa da etiketlərin üzərində istehsalçı kimi İ.V.N. MMM və ya rus dilində И.В.Н ООО göstərilib, eyni zamanda istehsalçının ünvanı qeyd edilməyib. Bundan başqa müəssisədə son istifadə müddəti bitmiş 25 kq-lıq qabda qablaşdırılmış İtaliya istehsalı olan “Caramel colour DS7” əmtəə nişanlı boya, “Tərxun Moskva” etiketləri, istifadə müddəti bitmiş və üzərinə yeni son istifadə müddəti yapışdırılmış “Aqua Mineral” əmtəə nişanlı qazsız içməli sular aşkarlanıb.

Götürülən nümunələrdən laborator analizlər zamanı “Aqua Mineral” əmtəə nişanlı qazsız suda bağırsaq çöpü bakteriyaları aşkar edilib, “Moskovski Kvas” əmtəə nişanlı alkoqolsuz içkidə isə quru maddənin kütlə payı və turşuluq tələblərinə cavab vermədiyi müəyyən olunub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar