Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu qədər həbslər, xəbərdarlıqlar bu adamlara kar etmir” - Səfər Mehdiyevin əməkdaşları ABŞ-ı da "yalançı" çıxarıblar

Tarix: 25-06-2020 14:03     Baxış: 2279 A- / A+
"Bu qədər həbslər, xəbərdarlıqlar bu adamlara kar etmir” - Səfər Mehdiyevin əməkdaşları ABŞ-ı da "yalançı" çıxarıblar


Dövlət Gömrük Komitəsi Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəylini ABŞ-ı aldatmaqda ittiham edir.

Manevr.az bildirir ki, bu barədə yenisabah.az-a jurnalistin özü məlumat verib.

Şəfayət Avılbəylinin sözlərinə görə, ABŞ-da hərracdan avtomobil alıb. Jurnalist maşını 2500 dollara aldığı halda DGK özü avtomobili qiymətləndirib.

“Bütün sənədləri təqdim etmişəm. Hər şey qaydasında olduğu halda mənə deyirlər ki, sən Amerikanı aldatmısan, bu avtomobilin qiyməti 5300 dollardır. Deyirəm, axı mən Amerikanı necə aldada bilərəm? Hansı qanunsuzluq var sənədlərdə? Bunlar elə bilirlər ki, ABŞ-da da hərraclar Azərbaycandakı kimi keçirilir. İzah etməyə çalışdım ki, orada hər hansı formada qanun pozuntusuna yol verə bilmərsən. Xeyri olmadı”, - deyə jurnalist bildirib.

Şəfayət Avılbəyli qeyd edib ki, gömrükdə müxtəlif bəhanələrlə vətəndaşdan pul qoparırılar. “Hansı qapıya gedirsən pul istəyirlər. Saxta qəbzlər verirlər. Aydın şəkildə görünür ki, vətəndaşlardan yığılan pullar büdcəyə yox, ciblərə gedir. Heç nədən və heç kimdən çəkinmirlər. Nə harasa şikayət edəcəyindən, nə də məsələni ictimailəşdirəcəyindən ehtiyat edirlər. Bir sözlə, o boyda dövlət qurumunu bazara döndərdiblər. Hətta burada maşını qapıdan çıxaranda belə, adamdan pul istəyirlər.

Görünür, bu qədər həbslər, Prezidentin xəbərdarlıqları bu adamlara kar etmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar