Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Prezidenti Paşinyanı növbəti dəfə ifşa etdi

Tarix: 21-06-2020 13:14     Baxış: 3180 A- / A+
Azərbaycan Prezidenti Paşinyanı növbəti dəfə ifşa etdi


Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkəmiz bu qurumla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də keçirilən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında da qeyd etdiyi kimi, sazişdə nəzərdə tutulan məsələlərin 90 faizi artıq razılaşdırılıb. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Hazırda ittifaqa üzv olan 9 ölkə ilə münasibətlərimizin səviyyəsi qəbul olunan strateji tərəfdaşlıq sənədlərində təsbit olunub.

Manevr.az xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

T.Cəfərova iki il bundan əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədinin paraflanmasına da toxunub: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, burada tərəflərin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə sadiqliyindən söhbət gedir. Hansı ki Ermənistan 30 ildir bu prinsipləri heçə sayır, Dağlıq Qarabağ və daha 7 rayonumuzu işğal altında saxlamaqda davam edir. Azərbaycan Prezidenti bu günə qədər əhəmiyyət verilməyən 4 BMT qətnaməsini də bir daha videokonfrans iştirakçılarına xatırlatmaqla, Ermənistanın işğalçı mahiyyətini ortaya qoydu. Ermənistan eyni zamanda digər mötəbər qurumların - ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur, işğal olunmuş ərazilərimizdə qanunsuz şəkildə məskunlaşma siyasəti yürüdür. Dövlətimizin başçısı növbəti dəfə “Dağlıq Qarabağ Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Ermənistan deyil, Azərbaycandır” deməklə qəti şəkildə heç bir güzəştdən söhbət gedə bilməz mesajını verdi”.
Deputat torpaqlarımızın 20 faizinin işğal altında olmasına və koronavirus pandemiyasına rəğmən ölkəmizin sosial-iqtisadi inkişafına da diqqət çəkib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti videokonfransdakı çıxışında faktlara əsaslanaraq, son 16 ildə ümumi daxili məhsuldakı 3 dəfədən artıq olduğunu vurğuladı. Yoxsulluq səviyyəsinin 49 faizdən cəmi 5 faizə endirilməsi faktı isə görülən işlərin məntiqi nəticəsi olaraq əhəmiyyətli rəqəmdir. Dövlətimizin başçısı yaxın zamanlarda Azərbaycanın Avropa İttifaqına üzv dövlətləri təbii qazla təchiz edəcəyini deməklə ölkəmizin əhəmiyyətini bir daha isbat etmiş oldu.

T.Cəfərova deyib:
“Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizədə ölkəmizin uğurlarını ilk növbədə ölkəmizdə insan faktoruna verilən dəyərlə əlaqələndirdi. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmasının təbii səbəbləri var. Əvvəla burada dövlətin vətəndaşını qoruma istəyi və bu istəkdən irəli gələn tədbirlərin görülməsindən söhbət gedir. Yəni, insan faktoruna verilən dəyər yüksək qiymətləndirilir. İkincisi, Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq qurumlarla işbirliyi, reallaşdırdığı videokonfransları, mübarizəyə effektiv təsir edən təklifləri ÜST-ün bu qənaətinə təsir edib. Nəhayət, növbəti səbəb - Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə yanaşı, 30-a yaxın ölkəyə maddi və humanitar yardım göstərməsi ölkəmizin bu məsələyə nə qədər ciddi yanaşdığının göstəricisidir ki, beynəlxalq qurum bunu dəyərləndirir”.

Deputat Prezident İlham Əliyevin məntiqə söykənən çıxışına dözümsüzlük nümayiş etdirən Nikol Paşinyanın səsləndirdiyi replikaya da münasibət bildirib. Qeyd edib ki, ilk olaraq Paşinyanın beynəlxalq səviyyəli müzakirədə ermənicə replika atması, etik və protokol qaydalarına zidd idi. İkincisi, Paşinyanın Azərbaycanı irqçi siyasət yürütməkdə ittiham etməsi absurd və hətta çox gülünc idi. Çünki Azərbaycan Prezidenti ondan əvvəl konkret faktlarla Ermənistanın mahiyyətini ortaya qoydu. Beynəlxalq təşkilatların da bu xüsusda mövqeyi aydındır. Üçüncüsü, Paşinyan Ramil Səfərovun əfvi məsələsinə toxunmaqla özünə növbəti dəfə quyu qazdı. Erməni terrorçularının dünyaca məşhur olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Parisin “Orli” hava limanında terror aktı törətmiş Karapetyanın sonradan Ermənistana ekstradisiya edilərək əfv olunması faktını xatırlatmaqla, Paşinyana növbəti dəfə dərs vermiş oldu. Prezident İlham Əliyev Paşinyana sakit olmağı, səs-küy salmamağı tövsiyə etməklə işğalçı ölkənin baş nazirinin həqiqətən “dayaz” adam olduğunu göstərmiş oldu.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar