Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İcazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək - Kamran Əliyev

Tarix: 20-06-2020 11:59     Baxış: 2187 A- / A+
İcazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək - Kamran Əliyev


8 inzibati ərazidə tətbiq olunacaq karantin rejimi ilə bağlı hərəkət məhudiyyətlərinə nəzarət DİN tərəfindən həyata keçiriləcək.

Manevr.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, aprel ayında yaşadığımız təcrübəyə əsasən bu, vətəndaşlarımız üçün yenilik deyil:

"Artıq ikinci gündür ki, Bakı və Sumqayıt ərazisində yaşayanların rayonlara getməsinə cəhd olunub. İcazəsi olmayanlar postlardan geri qaytarılıb. Vətəndaşlardan xahiş edirik ki, karantin müddətini keçirmək üçün rayonlara üz tutmasınlar, icazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək".

K.Əliyev qeyd edib ki, gedənlər haqlı olduqlarını düşünürlərsə, sənədləri varsa, polis problem yaradırsa, bu zaman DİN-lə əlaqə saxlaya bilərlər:

"Polis əməkdaşları ilə mübahisə yaratmağa ehtiyac yoxdur. Əgər hərəkətinizə icazə verilməzsə, geri qaytarılacaqsınız".

O bildirib ki, belə halların qarşısını almaq üçün xüsusi texniki vasitələr quraşdırılıb:

"Əgər kimsə torpaq yolla postu keçməyə cəhd edibsə, onların dövlət qeydiyyat nişanı postda görülməyibsə, lakin digər getdikləri ərazilərdə görülübsə, inzibati məsuliyyətə cəlb olunacaqlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar