Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA\VİDEO

Tarix: 18-06-2020 13:44     Baxış: 3200 A- / A+
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMAVİDEO


Həftə sonları tətbiq edilən sərtləşdirilmiş karantin rejimi aylıq karantin rejimi ilə əvəz edilə bilər.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə vətəndaşlar karantin qaydalarına ciddi əməl etməsələr, qısa müddətdə gündəlik yoluxma rəqəmləri 600-700-ə yüksələcək. Yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçid qaçılmaz olacaq.

Amma qurum rəsmisi hesab edir ki, həftənin iki günü ciddi karantin rejiminin tətbiqi və hərəkətin tam məhdudlaşdırılması indiki vəziyyət üçün qaneedici metoddur. Bu metod yoluxma hallarını stabilləşdirməyə və kəskin artımın qarşısını almağa hesablanıb.

Nabil Seyidov bildirib ki, hazırda sərtləşdirilmiş karantin günlərinin sayının uzadılmasına ehtiyac olmasa da, gələcəkdə Türkiyə təcrübəsindən yararlanmaq istisna edilmir.

Qeyd edək ki, Türkyədə 65 yaşlı vətəndaşların və yaşı 18-dən aşağı olan şəxslərin evdən çölə çıxmalarına müəyyən müddət ərzində məhdudiyyətlər qoyulmuşdu.





Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar