Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib - ŞƏKİLLƏR

Tarix: 16-06-2020 17:15     Baxış: 4589 A- / A+
DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib - ŞƏKİLLƏR


2020-ci ildə yaradılmasının 13-сü ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.
Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.


İyun ayının 16-da Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

Dövlət Himninin ifası ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilib.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ildə DSX Akademiyasının açılış mərasimindəki çıxışında sərhədçilər qarşısında qoyduğu - şəxsi heyətin döyüş və peşəkar hazırlığının gücləndirilməsi, bilikli, savadlı və vətənpərvər, Azərbaycan dövlətçiliyinə sadiq zabitlərin yetişdirilməsi kimi tapşırıqların ən yüksək səviyyədə icra olunduğu, görülmüş tədbirlər nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının təkcə ölkəmizin deyil, regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qürurla vurğulan­ıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmış, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə daima hazır olmaları xüsusi vurğulanıb.

DSX Akademiyasını bitirən leytenantlara diplomlar təqdim olunub və gənc za­bitlər “Sərhədçi andı”nı qəbul ediblər.

Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib - ŞƏKİLLƏR
DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib - ŞƏKİLLƏR
DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar