Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Belə davam etsə, uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər – TƏBİB

Tarix: 13-06-2020 06:03     Baxış: 3206 A- / A+
Belə davam etsə, uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər

Azərbaycanda koronavirusa yoluxan asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı protokollar hazırdır.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Əliyev qeyd edib ki, imkan çatdıqca koronavirusa yoluxan xəstələrin evdə deyil, xəstəxanalarda müalicəsinə çalışmaq qarşıya məqsəd qoyulub: “Çünki xəstənin həkim və ailə üzvlərinin nəzarətində olması fərqli hallardır. Təbii ki, ilk günlərdə asimptomatik vəziyyətdə olan xəstələrin də kliniki vəziyyəti sonradan gələcəkdə ağırlaşa bilər. Bu zaman zəmin xəstələr xəstəxanada olmadığına görə onların durumlarının daha da ağırlaşması ehtimalı var.

Buna görə imkanımız çatana qədər asimptomatik, yüngül formada olan xəstələrin də xəstəxanada müalicəsinin tərəfdarıyıq ki, ölüm riski aşağı düşsün. Amma gələcəkdə xəstəlik daha çox vüsət alarsa və artıq formada xəstələr xəstəxanaya yerləşdirildikdən sonra çarpayı çatışmazlığı olarsa, o zaman yüngül formada olan xəstələr evdə olacaq və onlara sahə həkimi tərəfindən ambulator tibbi xidmət göstəriləcək. Bununla bağlı protokollar hazırlanıb və son olaraq gözdən keçirilir. Belə davam etsə, iki günlük sərt karantin nəticə verməzsə, yoluxma artarsa, asimptomatik xəstələrin evdə müalicəsinə, o cümlədən uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər. Asimptomatik xəstələrə Avropa və digər ölkələrdə bu cür xidmət göstərilirdi”. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar