Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil... - GİLEY

Tarix: 11-06-2020 03:37     Baxış: 3195 A- / A+
Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil...

- Ucar bəlkə də tək-tük rayonlarımızdandır ki, bu rayonla bağlı hansısa neqativ məqam işıqlandırılanda heç bir rəsmi reaksiya verilmir. Bildirək ki, təkcə elə DİA.AZ saytında yüzlərlə Ucar sakininin hansısa problemi bu vaxta qədər işıqlandırılıb və heç bir məsələyə nə rəy öyrənə bilmişik, nə də rəsmi dairələrin özləri reaksiya verməkdə maraqlı olublar. Deyəsən, bu məqam elə narazı Ucar sakinlərinin də diqqətini cəlb edib. Onlar dia.az-a yazırlar:

"Bizim icra başçısından kimə istəyirsənsə şikayət et, xeyri olmayacaq. Bunu dəfələrlə görmüşük. Ucarın icra başçısı olan Mənsur Məmmədov nə cmaaatı dinləyir, nə də bildiyindən geri durur. Adamın rəsmən Araz aşığındandır, Kür də topuğundan. Elə İcra hakimiyyətinin işçiləri də açıq şəkildə bizə deyirlər ki, əziyyət çəkib saytlara yazmayaq, çünki xeyri olmayacaq. Elə də olur.

Bizi bir başa salan lazımdır ki, nədən Mənsur Məmmədova söz deyən tapılmır? Məgər bu adam toxunulmazdır? Bilirik ki, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil..."

Sonda narazı ucarlılar ölkə rəhbərliyinə müraciət edərək Ucara xalqa gün ağlaya biləcək başçı göndərilməsini də xahiş edirlər. dia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar