Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tələbələrin təhsil haqqı ilə bağlı nazirdən rektorlara TAPŞIRIQ

Tarix: 08-06-2020 20:36     Baxış: 4155 A- / A+
Tələbələrin təhsil haqqı ilə bağlı nazirdən rektorlara TAPŞIRIQ

Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib.

Təhsil Nazirliyindən verilən məlumata görə, videogörüşdə Ceyhun Bayramov qeyd edib ki, yaz imtahan sessiyası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimati məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edilir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir.
Qeyd edilib ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.
Nazir həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.
Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişatı barədə ictimaiyyəti müntəzəm olaraq məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.

Manevr.az
Tələbələrin təhsil haqqı ilə bağlı nazirdən rektorlara TAPŞIRIQ

Tələbələrin təhsil haqqı ilə bağlı nazirdən rektorlara TAPŞIRIQ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar