Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronaviruslu xəstələri müalicə edən həkimlər - EVƏ NECƏ GEDİRLƏR?

Tarix: 07-06-2020 20:03     Baxış: 6174 A- / A+
Koronaviruslu xəstələri müalicə edən həkimlər - EVƏ NECƏ GEDİRLƏR?


“Koronavirus pandemiyasına görə, xəstəxanalara ezam olunan həkimlərin neçə gün fasiləsiz işləməsinin tənzimlənməsi müxtəlifdir. Bu daha çox onların hansı sahəyə baxması, ixtisası və s. ilə bağlıdır”.

Bu barədə açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

O qeyd edib ki, vəzifə borcunu yerinə yetirən həkimlər 14 gün və ya bir ay davamlı işlədikdən sonra evə gedə bilirlər: “Pandemiyanın müalicəsi ilə bağlı fəaliyyət göstərən xəstəxanalara ezam olunan həkimlər bir ay və ya 14 gün sonra istirahətə buraxılır. Könüllü şəkildə 2-3 ay ərzində evinə getmədən işləyən həkimlər də var”.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, pandemiya xəstəxanalarında işləyən bütün həkimlər evlərinə gedəcəkləri vaxt mütləq koronavirusa görə test olunur və nəticəsi neqativ olduqdan sonra evinə gedə bilir.

O qeyd edib ki, TƏBİB-in tabeliyində olan xəstəxanalarda çalışan həkimlər pandemiyanın müalicəsi aparılan xəstəxanalara ezam olunur və bu məsələdə qurum cavabdehdir: “Özəl xəstəxanalarda işləyən həkimlər özləri könüllü şəkildə koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalara getmək istəyirsə, onlar da işləyə bilirlər. Hazırda könüllü işləyən bu cür həkimlər də var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar