Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

Tarix: 02-06-2020 20:39     Baxış: 4192 A- / A+
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır


Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ilindən başlayaraq “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılacaq.

Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı dördə çatacaq. Belə ki, Akademiyada növbəti tədris ilindən etibarən I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək.

Eyni zamanda, Akademiyada magistratura səviyyəsində Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması ilə yanaşı, Hüquqşünaslıq istiqaməti üzrə 2020/2021-ci tədris ilindən etibarən “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına da tələbə qəbulu aparılacaq.

Xatırladaq ki, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi” ixtisasına 2019/2020-ci tədris ilindən başlayaraq qəbul aparılır. Eyni zamanda, 2019/2020-ci tədris ilindən etibarən Akademiyada magistratura səviyyəsinə də qəbul həyata keçirilir.

Manevr.az

Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar