Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abşeronda şəhidlərin ruhuna hörmətsizlik

Tarix: 29-05-2020 10:44     Baxış: 4167 A- / A+
Abşeronda şəhidlərin ruhuna hörmətsizlik


Abşeron rayonunun Goradil qəsəbəsində Böyük Vətən Müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş qəhrəmanların xatirəsinə qoyulmuş abidə bərbad gündədir.


Sosial şəbəkədə yayılmış bu fotoya əsasən demək olar ki, abidə baxımsız vəziyyətdədir və təmirə ehtiyacı var. Bir zamanlar təntənəli şəkildə açılmış bu bağda indi qoyunlar otlayır, yerli hakimiyyət isə nədənsə göz önündə olan bu mənzərəyə laqeyd yanaşır. Maraqlıdır ki, abidə hər iki müharibədə həlak olmuş Goradil sakinlərinin anısına ucaldılıb.

Yerli hakimiyyət nəzərdən qaçırsa belə, sakinlər özləri ən azından bu vəziyyətə nəzarət edə bilərdilər. Axı bu bir növ əzizlərin məzarı hesab edilə bilər. Məzara isə hörmətsizlik edilmir.Hər bir halda ölkədə bu kimi yaradılıb, sonra unudulan, görənlərdə təəssüf və məyusluq duyğuları yaradan abidələr az deyil.

Şəhidlər xiyabanına göstərilən böyük diqqət və qayğıdan sonra burda uyuyan şəhidlərin belə unudulması yaşayanlar üçün utancverici olmalıdır. /bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar