Sizin Reklam Burada
Xəbər lenti
04 avqust
03 avqust
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı milyarder Mübariz Mənsimov haqqında yazdı

Tarix: 23-05-2020 11:48     Baxış: 377 A- / A+
Azərbaycanlı milyarder Mübariz Mənsimov haqqında yazdı

“Mənə dəfələrlə bu sualla müraciət ediblər ki, nəyə görə Mübariz Mənsimovun ətrafındakı situasiya ilə balı susuram”.

Manevr.az bildirir ki, bu sözləri eks Rusiya senatoru, Azərbaycan əsilli milyarder Fərhad Əhmədov özünün Facebook səhifəsində yazıb.
Xatırladaq ki, Mübariz Mənsimov bu ilin martında İstanbulda həbs olunub. O, fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunur. KİV-lər dəfələrlə Əhmədov və Mənsimov arasında dostluq münasibətlərinin olduğu haqda yazıblar. Məhz bu baxımdan milyarderin bu statusu ictimaiyyət üçün maraq doğurmalıdır və virtualaz.org bunu nəzərə alaraq F.Əhmədovun şərhini oxuculara çatdırır.
Azərbaycanlı milyarder Mübariz Mənsimov haqqında yazdı

“Dərhal cavab verirəm ki, susmuram. Mən onun məsələsi ilə bağlı Türkiyədə ən yüksək səviyyədə müraciət etmişəm. Lakin hamı başa düşməlidir ki, bu onların ölkəsidir, onların məhkəməsidir. Mən dəqiq bilirəm ki, bu məsələdə həm publiklik, həm istintaqın gedişinə və məhkəmənin qərarına hansısa formada təsir göstərmə cəhdi, xüsusən də prezidentin mövqeyinə təsir göstərmək cəhdi ancaq əks effekt verə bilər. Mən bunu başqalarından daha yaxşı bilirəm. Son illərdə şəxsən iki dəfə Rusiya ilə Türkiyə arasında problemlərin “yoluna qoyulmasında” iştirak etmişəm, o cümlədən sonuncu dəfə beş ay əvvəl.

Mən onun şirkətinin spesifik fəaliyyəti ilə tanış deyiləm, ona görə də ancaq bildiyimi deyə bilərəm. O, uzun illər ərzində öz biznesini üç dostu ilə sıx qarşılıqlı əlaqə şəraitində qurdu. Onlardan birini mən yaxından tanıyıram və yeri gəlmişkən, Mübariz ona hörmət əlaməti olaraq “dayı” deyərdi. Bizi də o tanış eləyib. Lakin son vaxtlar Mübariz hamı ilə münaqişəyə girdi, sayəsində iri biznesmenə çevrildiyi adamlara qarşı getdi, axı onlarsız, təkbaşına o tanker donanması qura bilməzdi. Necə deyərlər, “Pozma, dostla, yoldaşla təması, yaman olar onun davası”.

F.Əhmədov daha sonra yazır ki, dörd ay əvvəl Mübariz Mənsimov kömək üçün ona müraciət edib. “Mən bacardığımı elədim, amma şərt qoydum ki, o publik olaraq öz partnyorları qarşısında üzr istəsin. O razılaşdı, amma sonra nə oldusa oldu. Məni narahat edən odur ki, Mübarizə qarşı dörd əsas şahid nəinki onun şirkətinin rəhbərləridir, eləcədə oun yaxın dostlarıdır. Nə baş verib? O, öz əməkdaşlarının və dostlarının etimadını itirib? Lakin həbsdə olanlar və rəhmətə gedənlər haqda ya danışmırıq, ya acaq yaxşı şeylər danışırıq.

Onun keçmiş əməkdaşları və dostları, mənə məlum olduğuna görə, Mübarizin terrorçularla əlaqələri haqda danışıblar. Bu haqda, onu hansısa radikal təşkilatlarla əlaqələri haqda heç nə deyə bilmərəm. Mənim yanımda o belə söhbətlər aparmayıb və heç vaxt Fətullah Gülənin adını çəkməyib. Əksinə, o mənə həmişə deyirdi ki, Ərdoğaın tərəfdarıdır. Mən həqiqətin və ədalətin gücüə inanıram. Zaman hər şeyi öz yoluna qoyacaq. Ona görə də istintaqın və məhkəmənin nəticəsini gözləyək”,-deyə Fərhad Əhmədov yazır.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar