Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

DTX-nın aşkara çıxartdığı faktları Hesablama Palatası bu günədək niyə görməyib?

Tarix: 12-05-2020 22:40     Baxış: 4222 A- / A+
DTX-nın aşkara çıxartdığı faktları Hesablama Palatası bu günədək niyə görməyib?

Son dövrlər ölkədə korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı əsas mübarizə aparan qurum faktiki olaraq Dövlət Təhlükəsizlik Xidmətdir. DTX əməkdaşlarının həm rayon icra başçılarının fəaliyyəti ilə bağlı, həm də son olaraq Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar, nəticədə yüksək vəzifəli şəxslərin həbs olunması bütün ölkənin gündəmindədir. Məlum olur ki, bir çox qurumlar rəhbər vəzifəli şəxslərə qədər korrupsiyaya bulaşıb. Bəs görəsən, büdcə xərcləmələrinə nəzarət edən və hər il hesabatları açıqlanan Hesablama Palatası niyə, həm icra hakimiyyətlərində, həm Mədəniyyət Nazirliyində korrupsiyanı görməyib? Səbəb Palatanın səlahiyyəti az olması və yetərincə siyasi gücünün olmamasıdır, yoxsa onların araşdırmalarının nəticələrini müvafiq orqanlar ciddi qəbul etməməsi?

Manevr.az xəbər verir ki,“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Hesablama Palatasının kifayət qədər ciddi yoxlamaları var: “Büdcə xərcləmələri ilə bağlı kifayət qədər ciddi faktlar aşkarlayıb. Mən hər il Hesablama Palatasının hesabatları ilə tanış olmağa çalışıram. Problem odur ki, həmin hesabatlardan irəli gələn addımlar yoxdur, hüquq-mühafizə orqanları tərəfindən həmin hesabatdan irəli gələn addımlarının şahidi olmamışıq. Mən bu günə qədər şahidi olmamışam ki, Hesablama Palatasının hesabatında göstərilən faktlarla , rəqəmlərlə bağlı araşdırmalar aparılsın, cinayət işi açılsın. Belə faktlar olmayıb. Eləcə də Hesablama Palatası çox zaman problemlərin dərinliyinə enməyib, hərtərəfli göstərməyib. Bəzi hallarda prosedur pozuntuları ilə bağlı məlumatları dərc edir. Amma problemlərin dərinliyinə enməsində problem yaşanmasının səbəbi isə yəqin ki, səlahiyyət məsələsidir”.

İqtisadçı onu da vurğuladı ki, Hesablama Palatasının da bəlli bir yerə qədər müdaxilə etmək, araşdırma aparmaq imkanı var: “Amma qanunvericiliklə Palatanın səlahiyyətlərini artırmaq da mümkündür. Dünya praktikasını öyrənmək olar ki, harada Hesablama Palatası daha yaxşı işləyir və konkret nəticələr ortaya qoyulur. Həmin ölkələrin təcrübəsini öyrənməklə bu məsələlərə ümumi baxış dəyişməsə, büdcə korrupsiyasına baxış dəyişməsə, Hesablama Palatasının görəcəyi işlər də məhdud olacaq. Ona qoyulan sərhədləri aşa bilməyəcək. Ona görə də, ümumi oyun qaydalarında dəyişiklik etmək lazımdır ki, Hesablama Palatasının bu sərhədləri aşması mümkün olsun”.

Cəfərlinin sözlərinə görə, əksər ölkələrdə Hesablama Palatası çox ciddi bir qurumdur: “Müxtəlif ölkələrdə fərqli adla qəbul olunur. Bizdə isə sistem və ad Rusiyadan götürülüb. Ancaq səlahiyyət və funksiya olaraq kifayət qədər ciddi orqandır və büdcə xərcləmələri ilə bağlı vacib orqana çevrilib. Təəssüf ki, bizdə bu qurumun səlahiyyətləri çərçivəsində belə yoxlamaların sona qədər aparılması, onun cinayət işinə çevrilməsi baş tutmur. Bu orqanın gücü, siyasi nüfuzu çatmır. Ola bilər ki, bununla bağlı qanunvericilik dəyişiklikləri ilə yanaşı, qurumun həm nüfuzunun, həm də təsir dairəsinin genişləndirilməsi ilə bağlı siyasi qərarlar, siyasi iradə də olmalıdır”.

Natiq Cəfərli onu da diqqətə çatdırdı ki, Hesablama Palatası, hüquq-mühafizə orqanları, media, sivil toplum kimi quruluşların iştirakı ilə, müxtəlif istiqamətlərdən bu məsələlərin üzərinə gedilməlidir: “ Bunun üçün isə qanunvericilik baxımından daha yaxşı şərait yaradılmalıdır. Dünyanın hər yerində büdcə xərcləmələrinə nəzarət funksiyasını yerinə yetirən, hökumətə yardım edən əsas qurum vətəndaş cəmiyyətidir, QHT-lərdir.

Azərbaycanda 2012-ci ildən sonra həm media , həm də vətəndaş cəmiyyəti ilə bağlı qanunlar, qaydalar sərtləşdirildi, onların fəaliyyət dairələri daraldıldı. Bu da çox böyük problemdir. İndi korrupsiyaya qarşı atılan addımlar davamlı və sistemli olacaqsa, sivil toplum və medianın da gücləndirilməsinə ehtiyac yaranıb”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar