Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
BÜTÜN XƏBƏRLƏR

Partiya sədri: “Əbülfəs Qarayev etimadı doğrulda bilmədi”

Tarix: 12-05-2020 10:46     Baxış: 442 A- / A+
Partiya sədri: “Əbülfəs Qarayev etimadı doğrulda bilmədi”


“Mədəniyyət Nazirliyi dövlətin strateji, mühüm əhəmiyyətə malik olan qurumlarından biridir. Nazirliyin əsas vəzifələri arasında mədəni irsin qorunması xüsusi yer tutur. Hazırda həm Qərbi Azərbaycanda, həm də işğal altında olan Qarabağda mədəni irsimizə qarşı minlərlə vandalizm aktı həyata keçirilir. Amma bu faktları dünyaya çatdırmalı olan Mədəniyyət Nazirliyinin daxilində qanunazidd əməllərin baş verməsi hamımızı hiddətləndirir”.


Manevr.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyata münasibət bildirərkən deyib.

Onun fikrincə, Mədəniyyət Nazirliyində əməliyyatın keçirilməsi, vəzifəli şəxslərin saxlanılması Azərbaycanda toxunulmaz şəxslərin olmadığını göstərir.

A.Səmədov qeyd edib ki, səlahiyyətli orqanların ictimaiyyətə geniş açıqlamasından sonra Mədəniyyət Nazirliyində daha geniş korrupsiya şəbəkəsinin olduğu üzə çıxacaq.

Partiya sədrinin sözlərinə görə, nazirlikdə əməliyyatın keçirilməsi onu göstərir ki, dövlət rəhbərliyini narahat edən çox ciddi məsələlər var.

A.Səmədov Mədəniyyət naziri Əbülfəs Qarayevin də fəaliyyətini tənqid edib.

“Çox təəssüflər olsun ki, Əbülfəs Qarayev ona olan etimadı doğrulda bilmədi. Onun Mədəniyyət Nazirliyindəki qanunsuz əməllərdən xəbərsiz olduğunu iddia etmək mümkün deyil. Çünki nazirin əsas işlərindən biri də kadrlara, dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənməsinə nəzarət etməkdən ibarətdir. Ancaq ya bu məsələlər uzun müddət nəzarətdən kənarda qalıb, ya da bilə-bilə qanunsuz əməllərə imkan verilib”, - deyə A.Səmədov əlavə edib.

Partiya sədrinin sözlərinə görə, Ə.Qarayevin hadisə ilə bağlı verdiyi açıqlama çox uğursuzdur:

“Əbülfəs Qarayev deyir ki, məsələyə hüquqi qiymət veriləcək. Hesab edirəm ki, o, öz fəaliyyətinə tənqidi yanaşmalı, obyektiv bəyanat verməlidir”.

Qeyd edək ki, DTX mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla mədəniyyət nazirinin müavini Rafiq Abbasov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar