Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
28 may
BÜTÜN XƏBƏRLƏR

İqbal Ağazadə beynəlxalq konfransda iştirak edib

Tarix: 07-05-2020 19:31     Baxış: 3180 A- / A+
İqbal Ağazadə beynəlxalq konfransda iştirak edib

Peşəkar Siyasi Məsləhətçilər Assosiasiyasının bu gün Bakı vaxtı ilə saat 13:00-da keçirilən beynəlxalq qapalı online-zoom konfransında Azərbaycan Respublikasını Ümid Partiyasının sədri İqbal Ağazadə təmsil edib.
Konfransın mövzusu “Yeni dünyanın qlobal çağırışları” idi. Online konfransda dünyada pandemiya nəticəsində yaranan böhranın aradan qaldırılması, iqtisadiyyatın bərpası və demokratik və şəffaf seçkilərin keçirilməsi yönündə müzakirələr aparılıb. Konfransda İsrail, Ukrayna, Gürcüstan, Finlandiya, Polşa, Latviya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Belarusiyadan partiya sədrləri, ictimai-siyasi xadimlər, politoloqlar iştirak ediblər. Beynəlxalq qapalı konfransın online dinləyiciləri sırasında Ümid Partiyasından İcra Aparatının rəhbəri Taleh Əliyev, Ali Məclisin sədr müavini Günel İbadova, sədr müavinləri Rüfət Muradlı, Tamilla Qulami və İlahə Sadıqova olublar.

Konfrans rus dilində keçirilib. “Postpandemiya dövründə dövlətlərin və siyasətçilərin vəzifələri” mövzusunda çıxış edən Ümid Partiyası sədrinin məruzəsinin Azərbaycan dilində olan variantını təqdim edirik:

"Xanımlar və cənablar!

İlk növbədə məni bu konfransa dəvət etdiyiniz üçün şəxsim və rəhbərlik etdiyim Umid Partiyası adından təşkilatçılara təşəkkürümü bildirirəm.

Mən Azərbaycan Respublikasının ictimai rəyinə əhəmiyyətli təsir edən partiyanın rəhbəriyəm. Üç çağırış Azərbaycan Parlamentinin üzvü olmuş, iki dəfə prezident seçkilərində iştirak etmişəm.

Umid Partiyasına 2002-ci ildən rəhbərlik edirəm, 51 yaşım var.

Bəşəriyyəti sarsıdan koronavirus bir daha bizə sübut etdi ki, dünya çox kiçik, sərhədlər isə keçilməz deyil. Sərhədlərinin harda başlamasından asılı olmayaraq, bizim bir evimiz var – Yer Kürəsi. İqtisadi böhran hamımızın gündəlik həyatına təsir edir, qorxulu xəstəliklər sərhəd tanımır, insanları dininə, millətinə, irqinə görə fərqləndirmir.

Mən pandemiyanın gətirdiyi bəlalardan, ölkələrin hazırlıq səviyyələrindən, dünya səviyyəsinin problemlərindən, iqtisadi və sosial çətinliklərdən daha çox postpandemiya dövründə dünya düzəni və çıxış yollarından danışmaq istərdim. Şərqlilərin məşhur deyimindəki kimi “bu da keçəcək”.

Nə etməliyik?!

Dünya qloballaşmadan, sərhədsiz və geniş əlaqələrdən imtina edərək, öz milli sərhədlərini qoruyan dövlət halına gəlib qapalı dövrə qədəm qoymalı, yoxsa daha sürətlə qloballaşmaya getməlidirmi?!

Məncə qloballaşma daha böyük sürətlə sərhədləri dağıtmağa xidmət edən bir hərəkata çevrilməlidir.

İnsanlığı xilas etmək istəyiriksə, bizi gözləyən çoxsaylı problemlərdən qaçmağın mümkün yollarını birgə aramalıyıq.

Bütün sferalarda əməkdaşlığın, sülhün, paylaşmanın yeni vasitələrini aramalıyıq.

İlk növbədə:

Demokratikləşmə bütün siyasi institutların əsas vəzifəsinə çevrilməli, avtoritar, teokratik, qeyri-demokratik rejimlərlə qısa zamanda vidalaşmağın ortaq yolu aranmalı, dövlətlər, beynəlxalq birliklər o cümlədən siyasi institutlar əl-ələ verib mümkün hüquqi vasitələrlə cəmiyyət quruculuğuna keçidi təmin etməlidirlər.

Demokratik idarəetmə və seçkilərlə formalaşan hakimiyyətlər qurulmayana qədər böyük problemlərin öhdəsindən gəlmək mümkün olmadığı kimi, iqtisadi, sosial çətinlikləri aradan qaldırmaq da mümkün olmayacaq, insan haqları mütəmadi pozulacaq, korrupsiya və rüşvətxorluğu mümkün səviyyəyə endirə bilməyəcəyik.

Doğrudur, demokratiyaya keçiddə, xüsusilə postsovet ölkələrində bizə mane olan Rusiya amili var və biz hələlik bunun qarşısını almaqda acizik.

Demokratik dünya da bizlərə bu istiqamətdə yardım etməyə tələsmir – ya qorxur, ya da hələlik demokratikləşməyimiz onların daxili maraqlarına uyğun deyil. Postsovet ölkələrindəki etnik-milli konfliktlərin kökündə dayanan amil də Rusiyadır.

Biz demokratiya ilə Rusiyanın arasında tampon bölgəyik.

Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarusiya, Moldova və Orta Asiya Respublikalarından hansı demokratiyaya keçid etmək istədisə, ya əraziləri işğal olundu, ya etnik-milli separatizm baş qaldırdı. Nəticədə yarımçıq, etimad limiti zəif olan hakimiyyətlər iqtidar oldu.

Biz demokratik dünyaya inteqrasiya etmək istəyəndə Qarabağı, Gürcüstan Abxaziya və Osetiyanı, Moldova Qaqauziya və Prednestroviyanı, Ukrayna lap bu günlərdə Krımı və Şərqi Ukraynanı itirdi.

Bir gün Belarusiya demokratikləşmək istəsə, mütləq onların da itirəcəyi bölgə olacaq.

O cümlədən, Orta Asiya Cumhuriyyətləri də demokratikləşmə yolunu tutarsa, itirəcəkləri çox şey olacaq.

Çünki Rusiya gözəl anlayır ki, demokratiya onun sərhədlərinə söykənsə, mütləq içəri girəcək və Rusiya parçalanacaq.

Avtoritar, imperialist dövlətlər qloballaşma üçün təhlükədir. Bu təhlükəni aradan qaldırmağın tək yolu demokratikləşmədir.

İkinci:

Azad, sərbəst, oliqarxlaşmamış iqtisadiyyat formalaşmalıdır ki, sosial-iqtisadi cəhətdən təminatlı insan yetişdirə bilək.

Azad, rəqabətli iqtisadiyyatın da hökmən təminatçısı demokratik idarəetmə olmalıdır.

Üçüncü:

Təhsil və səhiyyə sahəsində ciddi əməkdaşlığa və müasir biliklərə yiyələnən yeni nəsil tərbiyə edilməli, birgə yaşayışın, birgə mübarizənin yolları ortaq axtarılmalıdır.

Dördüncü:

Postsovet ölkələrində yaradılan etnik-milli separatist addımlara qarşı hüququn aliliyi təsbit edilməli, yerli xalqların haqlarının tanınması ilə yanaşı dövlətlərin ərazi bütövlüyü təmin edilməlidir.

Qloballaşan dünyada etnik-milli separatizmə yer olmamalıdır.

Etnik-milli separatizmi dəstəkləyən ölkələr qəbul etməlidirlər ki, gec-tez bu yanaşmalar onların öz ölkələri üçün də problem yaradacaq.

Hər kəsin haqqı tanınan dünya və insan üçün mübarizə aparmalıyıq. Ərazi bütövlüyü dövlətlərin haqqı, o dövlətlərdə milli-mədəni dəyərləri qoruyaraq yaşamaq azsaylı xalqların hüququdur.

Kimsənin haqqına və hüququna girmədən azad, demokratik, dünyaya açıq bir sistem yaratmaq isə bizim borcumuzdur.

Postpandemiya dövrü bəşəriyyət üçün yeni fürsətdir. Bu fürsəti dəyərləndirsək, insanlığı xilas etmiş olacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar