Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qırmızı təhlükə türk dövlətlərinin qapısına dayanıb - Tural Turan

Tarix: 04-05-2020 15:37     Baxış: 2374 A- / A+
Qırmızı təhlükə türk dövlətlərinin qapısına dayanıb - Tural Turan

Qazaxıstanda Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin uzun illər üzərində işlədiyi və yetişdirdiyi adam hakimiyyətə gətirilib.

Qasım-Comərd Tokayev Nursultan Nazarbayevin uzun illərdir qurduğu düzəni və siyasi sitemi qısa müddət ərzində "kremlləşdirmək" tapşırığı alıb. Bir sözlə, bu, başlanğıcdır. Gec-tez digər türk respublikalarında da anoloji halın yaşanmasının şahidi olacağıq.

Yəni, Moskva birləşdirmə siyasətini ildırımsürətli etmək istəyir. Putin gördü ki, Kırımla, Dombasla, Luqanskla, Ossetiya və Abxaziya məsələləri ilə bunu reallaşdırmaq mümkün deyil. Ona görə də içdən dəyişmə siyasətini ələ alıb.

Son günlər Qazaxıstanla yaşanan məsələlər, gərginlik də məhz bunun ilkin işartılarıdır. Tokayevin timsalında modern komminstlər və ruspərəst siyasətçilərin addımları bunu deməyə əsas verir.

Plan budur ki, əvvəlcə türk dövlətləri arasındakı qardaşlıq və dostluq bağları qoparılacaq. Sonra da keçmiş sovet respublikaları tək-tək "udulacaq".

Görünən odur ki, keçmiş sovet respublikalarında bütün milli fiqurlar devriləcək. Bu proses artıq Gürcüstanda öz həllini "müsbət" tapıb. "İvanişvilinin bandası" Moskvanın bütün diqtələrini yerinə yetirir. Gələcəkdə isə bütün türk respublikalarında da "özxoşluğu", zor xoşluqla gedənləri də görə bilərik.

Bir sözlə, vəziyyət çox ciddir. 30 ildən sonra dövlətlərimizin və dövlətçiliklərimizin təhlükəsizliyi ilə bağlı ciddi və qırmızı təhlükə ilə üz-üzəyik. İndiki halda Kremlin bizdən üzünü döndərməsi və dövlətçiliyimizin qorunması üçün ciddi gedişlər edilməlidir. Bu, tək Azərbaycan yox, bütün türk dövlətləri üçün keçərlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar