Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda soyad sonluqları dəyişdirilməlidirmi? - SORĞU

Tarix: 01-05-2020 19:36     Baxış: 4176 A- / A+
Azərbaycanda soyad sonluqları dəyişdirilməlidirmi? - SORĞU
Azərbaycanda soyad sonluqları dəyişdirilməlidirmi? - SORĞU

Azərbaycan soyadlarının milli identifikasiya məsələsi dəfələrlə müzakirə müstəvisinə çıxarılsa və soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, “ov”, “yev” sonluqlarından xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri -ov, -yev soyad sonluqlarını daşımaqdadır. Əhalinin 10%-i milli şəkilçi olan -lu, 10%-i isə -zadə sonluğunu qəbul edib (bu əsasən yeni doğulan uşaqlara verilən soyadlar hesabına artıb).


Tacikistan artıq soyadların sonuna zorla yapışdırılmış “ov”, “yev” və bu tipli şəkilçilərdən rəsmən imtina edir. Ölkə rəsmiləri ruslardan qalma bu ənənəyə son vermək qərarına gəlib.

Manevr.az xəbər verir ki, publika.az məsələ ilə bağlı ictimai xadimlərin fikirlərini öyrənib.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, bu nümunə Azərbaycanda da tətbiq olunmalıdır:


“Tacikistanın qəbul etdiyi qərar çox mühüm qərardır, yəqin ki, bizdə də yaxın gələcəkdə belə bir qərar veriləcək. Çünki yeni doğulan uşaqların çoxuna “ov” və “yev” sonluqları qoyulmur, vətəndaşın seçmək hüququ var. Bu sonluqların qalıb-qalmamasını özü müəyyənləşdirir. Bizdə də zaman-zaman gündəmə gətirirlər. İctimai müzakirələrdə, ziyalılar və parlament üzvləri arasında soyad sonluqları ilə bağlı fikir ayrılıqları bu gün də davam edir. Hesab edirəm ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bunu etmək lazım idi. İnanıram ki, bu günlərdə problem həll olunacaq.

Bu sonluqlar bizə ruslardan qalıb. Onların təsiri altına düşdükdən sonra Azərbaycanda soyad sonluqları dəyişdirilməyə başladı, halbuki, gürcü və ermənilər dəyişdirmədi. Soyad sonluqlarına “ov” və “yev” şəkilçilərinin artırılması siyasəti Azərbaycan və Orta Asiya ölkələrinə (Özbəkistan, Qırğızıstan) şamil edildi. Bunu bizə məcburi şəkildə qəbul etdirdilər. Müstəqil dövlətik, biz niyə ruslardan qalan bu ənənəni soyadlarımızda daşımalıyıq? Müstəqil Azərbaycanın özünün müstəqil, lakin ənənələrə söykənən ad, soyad siyasəti, ad və soyad yaradıcılığı olmalıdır. Gəncliyin milli şüurunun və vətənpərvərlik tərbiyəsinin formalaşmasında da bu amilin xüsusi yeri var”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da Tacikistanın bu addımını dəstəklədiyini qeyd edib:


“Bu qərarın Azərbaycanda da məcburi olmasını çox istərdim. Mühüm məsələdir, milli kimlik və milliləşmə deməkdir. Əgər məcburiyyət olarsa, ölkədə qısa zamanda həll olunacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar