Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlərin baxışı, korona və Qarabağ: Savaş olacaq...

Tarix: 01-05-2020 09:11     Baxış: 4208 A- / A+
Nazirlərin baxışı, korona və Qarabağ: Savaş olacaq...

Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Ermənistanın mövqeyi isə günü-gündən sərtləşir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov son günlər Dağlıq Qarabağ ətrafında gedən diplomatik proseslər haqqında danışarkən deyib.

Politoloq bildirib ki, faktiki olaraq Ermənistan torpaqların qaytarılmasının danışıqlar mövzusu olmadığını bəyan edir və bu da danışıqların əhəmiyyətinə ciddi şübhə yaradır.

T.Zülfüqarov qeyd edib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı son bəyanatı, daha sonra isə Məmmədyarov və Mnatsakanyanın səsləndirdiyi fikirlərdə yeni nəsə yoxdur:

“Təxminən 20-25 il ərzində danışıqlar prosesində bu və digər şəkildə bənzər fikirlər səsləndirilib. Sadəcə, bu fikirlər arasından Mnatsakanyanın dedikləri daha çox diqqət çəkdi. Əslində, Mnatsakanyanın sözləri bir daha sübut edir ki, erməni tərəfinin mövqeyi, mahiyyəti dəyişməyib ”.

Politoloqun fikrincə, Rusiya faktiki olaraq MDB məkanındakı münaqişələrə nəzarət edə bilmir:

“Ermənistan tərəfinin etnik təmizləmə siyasəti bu gün də qüvvədədir. Bunu İrəvanın işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı rayonların təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulaması bir daha sübut edir. İrəvan bu fikirləri uzun illərdir deyir. Hətta bildirirdilər ki, biz Dağlıq Qarabağ ətrafı rayonları Dağlıq Qarabağın müstəqilliyi və ya Ermənistana birləşdirilməsi şərti ilə Azərbaycana qaytaracağıq”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi isə bağlı vəziyyət tam dəyişib:

“Artıq Azərbaycan ictimaiyyəti də düşünür ki, münaqişənin həlli danışıqlar yolu ilə mümkün deyil. Artıq insanlar bu danışıqların tərəflərin mövqelərini bildirməsindən başqa bir işə yaramadığını yaxşı anlayır”.

Tofiq Zülfüqarovun sözlərinə görə, koronavirus pandemiyası beynəlxalq aləmdə əsaslı dəyişikliklərin baş verəcəyini göstərdi:

“Bu gün Rusiya da münaqişənin həllində əsaslı nəsə edə bilmir. Rusiya MDB məkanındakı münaqişələrin həllində acizdir. Özü də bunu yaxşı anlayır və Lavrovun timsalında verdiyi bu bəyanatlar, sadəcə, gündəmi aktual saxlamağa yönəlib. Lakin bu bir həqiqətdir ki, Rusiya Azərbaycan və Ermənistanı mövcud vəziyyətdə çox saxlaya bilməyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar