Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

Bəzi icra başçılarına sonuncu xəbərdarlıq: – “İşini qanun çərçivəsində qur!”

Tarix: 01-05-2020 06:08     Baxış: 366 A- / A+
Bəzi icra başçılarına sonuncu xəbərdarlıq:

“Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında əməliyyat keçirərək rayon icra başçısı Mahir Quliyevi və rayonun bir neçə digər vəzifəli şəxslərini həbs etməsi gözlənilən idi”.

Bu barədə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, bundan öncə yerlərdə öz səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərini aşan bəzi başçılara ən üst səviyyədə, ölkə Prezidenti səviyyəsində dəfələrlə xəbərdarlıq edilib:

“Görünən budur ki, bəzi icra başçılarına nə xəbərdarlıqlar, nə də bundan öncəki həbslər dərs olub. Hətta karantin dövründə də öz nəfsinə hakim ola bilməyib imkansız vətəndaşların müavinətlərinə, təqaüd pullarına göz dikən, yerlərdə dərəbəylik edən, insanlıq və mərhəmət hisslərini itirən rayon rəhbərlərinin mövcud olması həqiqətən də təəssüf hissi doğurur.

Mətbuatda gedən xəbərlərdən də məlum olur ki, DTX-nın sözügedən əməliyyatı karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Çünki mərkəzi dövlət qurumlarına Biləsuvar rayon sakinlərindən çoxsaylı, əsaslı şikayətlər daxil olub.

Biz bu əməliyyatın keçirilməsini və Prezident İlham Əliyevin məmurların yerlərdə şəffaf fəaliyyətinin təmin edilməsi ilə bağlı ortaya qoyduğu iradəsini dəstəkləyirik. Hesab edirik ki, bu cür əməliyyatlar digər başçılar və məmurlar üçün də profilaktik əhəmiyyətə malikdir.

Yəni bundan sonra bir daha hər kəs öz hərəkətlərinə çəki-düzən verməli, öz işini qanunlar çərçivəsində və Prezidentin verdiyi tövsiyyələrə uyğun olaraq qurmalıdır. Bunun başqa alternativi yoxdur. Köhnə idarəçilik zehniyyətindən əl çəkmək istəməyən hər bir icra başçısı üçün bu əməliyyat sonuncu xəbərdarlıq sayıla bilər”. sherg.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar