Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Virusun yayılma ehtimalı artır - İsayevdən xəbərdarlıq

Tarix: 29-04-2020 16:39     Baxış: 2161 A- / A+
Virusun yayılma ehtimalı artır - İsayevdən xəbərdarlıq


Nazirlər Kabinetinin qərarına əsasən aprelin 27-dən etibarən xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Nəticədə bir çox sahə öz fəaliyyətlərini bərpa ediblər. Belə olan halda virusun yayılma ehtimalı da artır.


Manevr.az
xəbər verir ki, virusun yayılma ehtimalının qarşısını almaq üçün diqqət edilməli məqamlar haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev açıqlama verib.

O bildirib ki, məhdudiyyətlərin bir qisminin yumşaldılması bəzi vətəndaşlara öz fəaliyyətini bərpa etməyə imkan verib. Lakin bu, o demək deyil ki, insanlar tam sərbəst şəkildə hərəkət edə bilərlər. Bu dövrdə belə verilən tövsiyələrə dəqiqliklə əməl etmək vacibdir. Əks halda infeksiyanın təkrarən baş qaldırması mümkündür. Əgər vətəndaşlar bu dövrün qalmasını istəyirlərsə, təklif olunan bütün tövsiyələrə riayət etmələri şərtdir.

"Bu virus hava-damcı infeksiyasıdır. Hava-damcı yolu ilə yayılması epidemioloji cəhətdən çox təhlükəlidir. Digər yollarla, yəni əllə təmas vasitəsilə, qida vasitəsilə də yayıla bilər. Lakin əsas hava-damcı yolu ilə yayılır. Ona görə də insanların təcrid olunması, kütləvi toplanma yerlərinə getməməsi, maskadan istifadə etməsi zəruridir. Xüsusən təcrid olunmağa diqqət yetirilməlidir. Hər kəs başqa insanlarla təmasdan çəkinməlidir. Əks halda xəstəliyin yayılma ehtimalı var və təkrar baş qaldırması müşahidə oluna bilər. Əgər yumşaldılma tədbirlərinin qalmasını, virusun yayılmasının qarşısını almaq istəyiriksə, tövsiyələrə əməl etmək vacibdir. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, karantin tədbirlərinin tez yumşaldılması, tez aradan qaldırılmasını istəyirlərsə, Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etsinlər. Özümüzü və yaxınlarımızı qorumaq üçün buna məcburuq".//axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar