Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Televiziyada ifşa edilən həkimlər səni yaxşı müalicə etmədi” – Brilliantdan iddia

Tarix: 25-04-2020 20:33     Baxış: 3157 A- / A+
“Televiziyada ifşa edilən həkimlər səni yaxşı müalicə etmədi” – Brilliantdan iddia

"Mənim göyçək, yaraşıqlı əmimoğlu - Rafael Dadaşov. Bizdən ayrılmağının 40 günü də tamam oldu. Gözümü açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm".

Manevr.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb. Sənətçi 40 gün əvvəl dünyasını dəyişən Xalq artisti ilə bağlı iddia da ortaya atıb:

"Sənin qoxun indi də burnumdan getmir. Heyf, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə, öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər. Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.

Türkiyədən qayıdıb Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki 2 ay.

Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu".

Qeyd edək ki, R.Dadaşovun qızı Səidə Dadaşova efirə çıxaraq atasının xəstəxanaya yerləşdirildiyini, həkimlərin ondan pul tələb etdiyini demişdi.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar