Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə koronavirus xəstələrini robot müalicə edir

Tarix: 25-04-2020 04:26     Baxış: 3167 A- / A+
Bu ölkədə koronavirus xəstələrini robot müalicə edir

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla Tibb Mərkəzində COVID-19 virusuna yoluxmuş xəstələrin müalicəsində həkim-robotdan istifadə olunur.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, texnologiyanın ən son nailiyyəti hesab edilən bu robot test aparır və koronavirus xəstələri ilə təmasda olmuş insanlara diaqnoz qoyur. Krallığın Səhiyyə Nazirliyinin rəsmiləri hesab edirlər ki, həkim-robotun sayəsində xüsusi qoruyucu geyimlərdən istifadə edən tibb personalı, habelə müayinəyə gələnlər arasında təhlükəli virusun qarşısını almaq mümkün olacaq.

Tibb Mərkəzinin rəhbəri Xalid Əl-Cumali bildirib ki, həkim-robot stetoskop, otoskop aparatları, göz kamerası və həssas linzaların köməyilə dərini analiz edən xüsusi kamera ilə təchiz edilib. Robot, həmçinin həkim və tibb bacılarının istifadə etdikləri ləvazimat daşıyır, pasiyentlərə məsləhətlər verir, radioqrafiya görüntüləri çıxarır və onları xəstələrin smartfon əlavəsinə göndərir.

Əl-Cumali əlavə edib ki, bu yüksək texnologiya sayəsində xəstələrə göstərilən xidmətin keyfiyyəti və sürəti də artıb. Belə ki, robot karantin palatalarına daxil olur və oranı tərk etdikdə dezinfeksiya işləri də aparır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar