Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədə internetin kəsilməsinin səbəbi AÇIQLANDI

Tarix: 21-04-2020 21:53     Baxış: 2303 A- / A+
Ölkədə internetin kəsilməsinin səbəbi AÇIQLANDI


“Hazırda Azərbaycan İnternetində problemlər yaşanır. Ölkənin 2 əsas magistral provayderindən birində - “Delta Telecom”un ölkə daxili şəbəkəsində yaranan qəza ilə əlaqəli bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib”.

Manevr.az xəbər verir ki, bu barədə ölkə ərazisində internetdə yaranmış problemlə bağlı şərh verərkən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüz bildirib ki, ilkin məlumatlara görə “Delta Telecom”un 2-ci əsas Mərkəzi, ATS 66 -da yerləşən Mərkəzi ilə “Delta Telecom”un əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr baş verib:

“Bu qəzanın kimlərsə tərəfindən, xəbərdarlıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir.
Bunun nəticəsində “Delta”nın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb.
“Delta” mövcud alternativləri işə salsa da son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib.
Beləliklə də yalnız “Delta Telecom”dan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb.
Eyni zamanda “Delta”dan internet alan 2-ci səviyyəli provayderlərin də alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib.
Hazırda “DeltaTelekom”da qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunmasl istiqamətində işlər aparılır.
Baş verənlər bir daha göstərir ki ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də problemlər hələ də qalmaqdadır.
Bu tip hadisələr eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir.
Ölkənin əsas internet təchizatçısı olan “Delta Telecom” istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir.
Düşünürəm ki cavabdeh dövlət qurumları və backbone provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasina diqqət yetirməlidir.
NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir”.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə bəzi istifadəçilər internetdə problem yarandığını və şəbəkəyə qoşulmaqda çətinlik çəkdiklərini bildiriblər.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, quruma kütləvi şəkildə ölkə üzrə internetin olmaması ilə bağlı vətəndaşlar tərəfindən hələ ki, rəsmi müraciət daxil olmayıb:
“Xüsusilə qeyd edək ki, karantin dövründə nəzərə alsaq ki, çox insan evindədir, şirkətlər onlayn fəaliyyət göstərir, dərslər onlayn qaydada keçirilir və hətta mediada da televiziyalar müvafiq proqramlardan istifadə etməklə dünyanın bir çox ölkələri ilə əlaqə saxlayırlar, bu zaman geniş zolaqlı şəbəkədə artımın müşahidə olunması normaldır. Biz də nazirlik olaraq bunu müşahidə edirik. Məhz bu səbəbdən mütəxəssislər istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədi ilə, demək olar ki, şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar