Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyindən əhaliyə VACIB XƏBƏRDARLIQ: Bunu etməyin!

Tarix: 21-04-2020 18:00     Baxış: 4140 A- / A+
Səhiyyə Nazirliyindən əhaliyə VACIB XƏBƏRDARLIQ: Bunu etməyin!


Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün dərman vasitələrinin həkim göstərişi olmadan qəbul edilməməsi üçün vətəndaşlara müraciət edib.

Manevr.az-ın xəbərinə görə, nazirliyin məlumatında qeyd edilir ki, dərman qəbul edərkən həkimlə məsləhətləşmək vacibdir:

"Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytlarda koronavirusun (COVID-19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, həmin dərman vasitələrinin virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur.

Ümumiyyətlə, hər hansı dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir və insana xeyirdən çox zərər verə bilər. Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına və orqanizmin zəifləməsinə səbəb olur. Bundan başqa, özünümüalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır. İnsanın sağlamlığı öz əlindədir və bu həssas dönəmdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya və bu məlumatlara kor-koranə inanmaq sağlamlığınıza ciddi zərər vura bilər.

Hər hansı dərmanın qəbulu və istifadəsi zamanı həkim məsləhəti mütləqdir"!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar