Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi - ŞƏKİL/VİDEO

Tarix: 19-04-2020 19:07     Baxış: 3258 A- / A+
Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi - ŞƏKİL/VİDEO

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib.
Manevr.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən daxil olan məlumata görə, əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

"Mriya" aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən bir nüsxədə istehsal edilmişdir. Hazırda eyni adlı "Antonov Airlines" yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.

Bu, "Mriya"nın (Ukrayna dilində "arzu" deməkdir) Bakıda ilk enişi deyil. Heydər Əliyev Beynəlxalq Aeroportu belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin dünyanın ən iri "Airbus A380" sərnişin laynerini dəfələrlə qəbul etmişdir.

"Mriya"nın Bakıya səfəri haqqında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən qısa videoçarx hazırlanıb.

Manevr.az

Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi - ŞƏKİL/VİDEO
Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi - ŞƏKİL/VİDEO
Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi - ŞƏKİL/VİDEO
Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi - ŞƏKİL/VİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar