Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ üçün yeni ordu: polkovnik detalları açdı - Video

Tarix: 15-04-2020 20:38     Baxış: 4135 A- / A+
Qarabağ üçün yeni ordu: polkovnik detalları açdı - Video

Qazaxıstanın Azərbaycana elit dağ atıcılarından ibarət ordu yaratmağa kömək təklif etməsi müsbət haldır. İki ölkə arasında bu mənada ciddi imkanlar da var. Hər iki ölkənin dağ relyefi arasındakı fərq ordular arasında təcrübə mübadiləsi üçün lazımi əsasdır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Qazaxıstan Müdafiə Nazirliyinin analitik mərkəzinin keçmiş komitə rəhbəri Georgi Dubovtsevin elit dağ atıcılarından ibarət ordunun yaradılması prosesində Nur-Sultanın Bakıya yardım edə biləcəyi haqda fikirlərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü, ən müasir orduları sırasında 50-ci yerdədir:

“Bu nəticə olduqca yaxşıdır. Təbii ki, bu nəticənin əldə edilməsi üçün ordumuzda müntəzəm işlər gedir. Bunu təkcə biz demirik. Dünyanın bir çox hərbi statistik komitələri Azərbaycan Ordusunun gücünü lazımınca qiymətləndirir.

Azərbaycan Ordusu bu gün tez-tez dünyanın nüfuzlu ordu yarışlarında iştirak edir. Xüsusilə NATO və MDB ölkələrinin ordularının yer aldığı nüfuzlu turnirlərdə hər zaman qaliblər sırasındadır”.

Polkovnik qeyd edib ki, Azərbaycanın dağlıq ərazidə döyüş tapşırıqlarını yerinə yetirə bilən yeni dağ atıcıları xüsusi təyinatlı dəstələrini yaratması zəruri prosesdir:

“Çünki müharibə şəraitində olan bir ölkəyik. Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq üçün ordusunu müntəzəm olaraq döyüş vəziyyətinə gətirmə iqtidarındadır. Bu gün biz antiterror əməliyyatına başlasaq, təbii ki, bu əməliyyatlar dağlıq ərazilərdə daha çox olacaq. Çünki əməliyyatlar Dağlıq Qarabağda baş tutacaq. Azərbaycan Ordusu bu reallığı unutmur”.

Polkovnik qeyd edib ki, Azərbaycan Qazaxıstanla hərbi sahədə əməkdaşlıq edir və bundan sonra da edə bilər:

“Beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Rusiya, Pakistan, Hindistan və bir sıra digər ölkələrin Silahlı Qüvvələri ilə xüsusi dağ təlimlərində qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, ABŞ, Böyük Britaniya, Türkiyə və digər dövlətlərin hərbçiləri ilə birgə təlimlərdə iştirak edilir.

Azərbaycan Ordusunun dağlıq ərazidə döyüş aparması üçün döyüş hazırlığı proqramında xüsusi yer ayrılıb və bizim bölmələr, hərbi hissələrin çoxu dağlıq ərazilərdə yerləşir. Yəni biz onsuz da bununla məşğuluq. Bu sahədə lazım olan mütəxəssis və xüsusi təyinatlılarımız var. Amma əgər həqiqətən də belə bir təklif varsa, yeni nələrsə əldə olunacaqsa, biz məmnuniyyətlə bununla razılaşa bilərik. Azərbaycan Ordusu Qazaxıstan ordusunun bu sahədəki təcrübəsindən faydalana bilər”.

Qeyd edək ki, Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin analitik mərkəzinin keçmiş komitə rəhbəri, ehtiyatda olan polkovnik Georgi Dubovtsev Azərbaycanda tam yeni xüsusi təyinatlı dəstələrin (dağlıq ərazidə müəyyən döyüş tapşırıqlarını yerinə yetirə bilən dağ atıcıları) yaradılması ilə bağlı aktiv işlərin getdiyini deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar