Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Havaların qeyri-sabit keçməsinin səbəbi AÇIQLANDI

Tarix: 15-04-2020 16:01     Baxış: 4141 A- / A+
Havaların qeyri-sabit keçməsinin səbəbi AÇIQLANDI


“Son onilliklərdə iqlim dəyişmələri fonunda istiləşmə tendensiyasının üstünlüyünə baxmayaraq, ayrı-ayrı illərdə fərqli proseslər müşahidə edilir. Bu ilin aprel ayının birinci yarısında aprel ayı üçün nadir hadisə olan dağətəyi rayonlarda qar qeydə alınıb”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib. O bildirib ki, havanın temperaturu orta hesabla iqlim normasından 1,5 dərəcə aşağıdır: “Havaların qeyri-sabit keçməsi ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün tarixi məlumatlara nəzər salaq.

İlk öncə son onilliyin təhlili göstərir ki, 5 il havanın temperaturu normadan 4 dərəcəyədək yüksək, 3 dəfə 1,4 dərəcə aşağı, iki il isə norma daxilində olub. Yüzillik dövr üzrə isə ən anomal soyuq keçən aprel ayı 1954-cü və 1987-ci illərdə olub, havanın orta aylıq temperaturu 9 dərəcəyə enib.

Çoxillik meteoroloji müşahidələrə görə, Bakı şəhəri üçün aprel ayında ən yüksək temperatur göstəricisi 32 dərəcə isti, ən aşağı temperatur isə 0,4 dərəcə şaxtadır. Bununla da sərhəd göstəricilər arasında fərq 30 dərəcədən çoxdur. Aprel ayını onun iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng və sürpizlərlə zəngin olan aylarından biri kimi səciyyələndirmək olar”.

U. Tağıyeva bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, keçən əsrin sonunda -1998-ci ildə aprelin 14-ü və 24-də havanın temperaturu rekord həddinə çataraq Abşeron yarımadasında 35 dərəcəyədək, Naxçıvan MR-da və ayrı-ayrı Aran rayonlarında 36-38 dərəcəyədək yüksəlib: “2012-ci il aprelin 10-da Bakıda isə 1998-ci ilin sutkalıq rekord göstəricisi təkrarlanıb, yenidən 32° isti olub. Aprel ayında ən soyuq hava 1911-ci il aprelin 1-də qeydə alınıb. Həmin gün Bakıda havanın minimal temperaturu 0.4° şaxta olub. Adətən aprelin 20-dən sonra yağışlar leysan xarakterli olur və tez-tez şimşəklə müşayiət edilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar