Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni dərs ili dollara tələbatı daha da artırıb

Tarix: 17-08-2016 08:56     Baxış: 4408 A- / A+
Yeni dərs ili dollara tələbatı daha da artırıb

Tələb təklifi 12 dəfə üstələyir; ekspert “proseslər dolların hələ bahalaşacağından xəbər verir” deyir
Manat günbəgün dəyər itirməkdə davam edir. Mərkəzi Bankın qərarı ilə avqustun 16-da milli valyutamızın dollara olan rəsmi məzənnəsi 1,6124 səviyyəsində müəyyən olunub. Bir gün öncə isə rəsmi məzənnə 1,6102 manat səviyyəsində olub.


Qeyd edək ki, bu il dolların ən yuxarı həddi martın 11-də müşahidə olunub. Dolların rəsmi məzənnəsi 1.6456 səviyyəsinədək qalxıb, mayın 25-də isə ən aşağı səviyyəyə 1.4900 səviyyəsinədək düşüb. Hazırda demək olar ki, hər gün Mərkəzi Bank manatı cüzi də olsa ucuzlaşdırmaqda davam edir.

Hazırkı prosesin səbəbləri ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bunun səbəbi dollara tələbatın yüksək olmasıdır: “Dollara tələb yenə yüksəkdir. Mərkəzi Bankın keçirdiyi hərraclarda dollara tələbin təklifi 12 dəfə üstələməsi qeydə alınıb. Bu isə o deməkdir ki, artıq tələblə təklif arasında ikirəqəmli fərq var. Sözsüz ki, dollara tələbin yüksək olması nəticə etibarilə manatın dəyərinin aşağı düşməsinə gətirib çıxarır və dolların kursunda artımlar müşahidə edilir. Hərraclarda kommersiya bankları manatın məzənnəsini müəyyənləşdirirlər. Nəticədə buna uyğun olaraq da Mərkəzi Bank rəsmi kursu elan edir. Dollara tələbin yüksək olmasının bir neçə səbəbi var. Bəzi kommersiya bankları xarici öhdəliklərini ən qısa zamanda yerinə yetirməyə çalışırlar və dollara tələbat artır. İdxalın artması, bu işlə məşğul olan sahibkarların da dollara tələbini artırır. Xüsusən də dərs ilinin başlaması ilə əlaqədar məktəb ləvazimatlarına, məktəbli geyimlərinə tələbin artması gözlənilir, bu da nəticə etibarilə dollara tələbi artırır. Bu da özünü məzənnədə göstərir”.

Ekspertin sözlərinə görə, digər bir səbəb odur ki, vətəndaşların dollar yığımları davam edir:
“Çünki vətəndaşlar da vəsaitlərini dollarla saxlamağa üstünlük verirlər. Nəticədə dollara tələbat artırır. Növbəti dövrlərdə də tələb yüksək olaraq qalacaq. Tələbin yüksək olması fonunda növbəti dövrlərdə də dolların məzənnəsinin möhkəmlənəcəyi güman edilir. Xatırlayırsınızsa, manatın məzənnəsinin möhkəmləndiyi dövrdə mən öz açıqlamalarımda bunun müvəqqəti olduğunu, yenidən dolların kursunun artacağını proqnozlaşdırmışdım. Çünki həmin dövrlərdə dollara tələbin artması müşahidə olunurdu. Nəticə etibarilə son iki ayda dolar möhkəmləndi. Əgər iyunun əvvəllərində 100 dollar almaq üçün 1149 manat ödəmək lazım idisə, indi 100 dollar üçün 167 manatdan çox vəsait ödəmək lazımdır. Ona görə də, proseslər dolların hələ bahalaşacağından xəbər verir”. Vüqar Bayramov güman edir ki, Mərkəzi Bank artıq prosesə müdaxilə etmək istəmir: “Bu da onunla bağlıdır ki, Mərkəzi Bank manatın real bazar dəyərinə yaxınlaşmasına çalışır. Əgər Mərkəzi Bank mövcud qaydalar daxilində müdaxilə etməməkdə davam edərsə, əsasən də Dövlət Neft Fondu tərəfindən dollar təklifini həyata keçirərsə, bu o deməkdir ki, manatın dəyərinin aşağı düşməsi və bazar dəyərinə yaxınlaşması müşahidə olunacaq. Ona görə də hələlik manitar siyasət dolların məzənnəsindəki artımlara hesablanıb. Güman olunur ki, Mərkəzi Bank manatın bazar tarazlığını yaratmağa çalışır. Manatın bazar tarazlığı isə indiki məzənnə ilə müqayisədə dolların daha da baha olması deməkdir”.

İqtisadçı məzənnə ilə bağlı konkret fikir söyləməyin hazırda çətin olduğunu da diqqətə çatdırdı: “Çünki bütün hallarda üzən valyuta rejimi olsa belə, tənzimlənən valyuta rejimi tətbiq edilir. Mərkəzi Bank valyuta ehtiyatlarını bazara çıxarıb istənilən zaman artımın qarşısını ala bilər. Mərkəzi Bank manitar siyasəti dəyişib dolların bahalaşmasının qarşısını almaq istəsə, bu qurumun əlində rıçaqlar var. Lakin güman olunur ki, mərhələli şəkildə manat dollara nisbətdə dəyər itirəcək”.

Qeyd edək ki, manatın ucuzlaşmasının səbəbləri ilə bağlı “Azadlıq” qəzetində də maraqlı bir yazı dərc edilib və orada qeyd olunur ki, milli valyutanın dəyərdən düşməsinin səbəbi bahalı villa sahibləridir. İqtisadçı ekspert Nemət Əliyevin sözlərinə görə, onlar daşınmaz əmlaklarının dəyərdən düşdüyünü görüb bazara çıxarır və satdıqdan sonra həmin pula dollar alaraq evdə saxlayırlar və dolların daha yüksək həcmdə bahalaşacağı anı gözləyirlər. Bu isə bazarda dollara tələbi kəskin artırır və manatın ucuzlaşmasına səbəb olur.

Bu fikri dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, hazırda daşınmaz əmlak bazarında ciddi durğunluq müşahidə olunur: “Bazarda demək olar alış-satış əməliyyatları dayanmış vəziyyətdədir. Belə bir şəraitdə düşünmürəm ki, asanlıqla qısa müddətə daşınmaz əmlakın likvitliyi təmin edilə bilsin. Buna görə də daşınmaz əmlakdan əldə edilən vəsaitlərin bazarda dollara tələbatı formalaşdırması ehtimalı olsa da, çox cüzi təsirləri ola bilər. Hesab edirəm ki, bunun başqa səbəbləri var. Hazırda valyuta bazarında yaranmış situasiya, manatın dəyər itirməsi daha çox həmin səbəblərdən qaynaqlanır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar