Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nyu-York qubernatoru ştatda koronavirusdan son ölüm sayını dəhşətli xəbər adlandırıb

Tarix: 12-04-2020 02:59     Baxış: 3142 A- / A+
Nyu-York qubernatoru ştatda koronavirusdan son ölüm sayını dəhşətli xəbər adlandırıb

Nyu-York ştatında koronavirusdan ölənlərin sayı son gündə 783-ə çatıb. Bununla da ştat üzrə ölənlərin sayı 7444-dən 8627-ə yüksəlib.

Manevr.az TASS-a istinadən xəbər verir ki, bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo şənbə günü keçirilən mətbuat konfransında bildirib.

"Dəhşətli xəbərdir, son sutka ərzində 783 nəfər öldü. Bu, qeydə alınan ən yüksək rəqəm deyil", deyə Kuomo əlavə edib.

Onun sözlərinə görə, aprelin 8-də 799 ölüm qeydə alınsa da, bir gün sonra – aprelin 9-da bu rəqəm 777 olub. Lakin yenidən ölüm sayı yüksələn xətt üzrə inkişaf edib: "Göründüyü kimi, göstəricilər bir qədər sabitləşmişdi, ancaq yenidən dəhşətli səviyyəyə qalxdı”.

O, yoluxanların sayında isə azalmanın müşahidə edildiyini bildirib.

Qubernator insanlara qoyulmuş məhdudiyyətlərin nə vaxt ləğv edilməsi ilə bağlı hələ heç bir qərarın olmadığını deyib: "Hər kəs eşitmək istəyir ki, xüsusi rejim iki həftə, üç və ya dörd həftə sonra bitəcək. Konkret tarix deyə bilməyəcəyəm”.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, bu günədək ABŞ-da 503,5 mindən çox koronavirus infeksiyası qeydə alınıb, 18,8 mindən çox insan ölüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar