Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT! Bunu edənlərin adları icazə sistemindən silinəcək-VİDEO

Tarix: 10-04-2020 10:25     Baxış: 4144 A- / A+
DİQQƏT! Bunu edənlərin adları icazə sistemindən silinəcək-VİDEO

Azərbaycanda bəzi şəxslərin adları icazə sistemindən silinəcək.

Manevr.az xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin departament müdiri Soltan Bayramov edib.

O bildirib ki, bu cür addım vəziyyətdən sui-istifadə edənlərin aşkarlanması məqsədilə atılır. Qurum rəsmisi vurğulayıb ki, işəgötürənlə icazə alınmış əməkdaş arasında heç bir əmək və xidməti müqavilə yoxdursa, həmin şəxslərin adlarının siyahıdan silinməsi tövsiyə edilir.

Ona görə də hüquqi və fiziki şəxslər işə çıxması zəruri olan əməkdaşlarının siyahısını müəyyən etməli və xüsusi karantin rejimi dövründə həmin əməkdaşların işə cəlb olunmasına çalışmalıdırlar.

Soltan Bayramov vurğulayıb ki, sabahdan etibarən həmin şəxslərin adları icazə siyahısından silinəcək və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək. SMS sistemindəki son vəziyyətə də toxunan qurum rəsmisi bildirib ki, orada bir sıra yeniliklər edilib.

Çağrı mərkəzinə edilən və sosial şəbəkə hesablarına ünvanlanan müraciətlər arasında ən çoxu vətəndaşlara göndərilən SMS-lərdə təsdiq ifadəsinin daha qabarıq ifadə olunmaması idi. Bu məsələ də öz həllini tapıb.

Sistem üzərində isə zəruri yeniləmələr davam etdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar