Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsgəndər Həmidovun vəfatından 40 gün ötdü

Tarix: 05-04-2020 19:40     Baxış: 4399 A- / A+
İsgəndər Həmidovun vəfatından 40 gün ötdü

Bu gün sabiq Daxili İşlər naziri, general-leytenant, Milli Azadlıq Hərəkatının liderlərindən biri olan İsgəndər Həmidovun vəfatından 40 gün ötdü.

Manevr.az xatırladır ki, İsgəndər Həmidov 2019-cu il may ayının 20-də səhhəti ilə bağlı Türkiyəyə aparılmış, orda bir müddət müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı. 2020-ci il yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşmiş və Bakıda "City Hospital"a yerləşdirilmişdi. Orda 3 gün intensiv müalicə aldıqdan sonra vəziyyəti nisbətən yaxşılaşmışdı. İ.Həmidova ilkin olaraq "aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator, "septik şok" diaqnozu qoyulmuşdu. Sonrakı müayinə və müalicə tədbirləri üçün o, Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülmüşdü. 2020-ci il fevralın 4-də komaya düşərək, süni ventilyasiya aparatına qoşulmuş, fevralın 26-da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci il aprel ayının 10-da Kəlbəcər rayonunda anadan olub.1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri idi. 1990-cı ildən 1995-ci ilə qədər parlamentin, 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, kürəyindən qəlpə yarası alıb.1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır.
Allah rəhmət eləsin!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar