Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva: "Əgər ölkə ərazisində bu virusun yayılması genişlənərsə..."

Tarix: 05-04-2020 14:00     Baxış: 3155 A- / A+
Qənirə Paşayeva: "Əgər ölkə ərazisində bu virusun yayılması genişlənərsə..."

Koronavirusun yayılmasının qarşısını almaq üçün hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik.

Manevr.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizədə dövlət əlindən gələni edir ki, insanları qoruya bilsin:

"Dövlətimizin koronavirusa qarşı atılan addımlardan, gördüyü işlərdən xəbəriniz var. Bütün bu tədbirlərlə yanaşı, bizim hər birimiz də öz məsuliyyətimizi dərk etməliyik. Ona görə də sizdən çox xahiş edirəm, dövlətin qaydalarına, qanunlarına, qadağalarına və çağırışlarına əməl edin. Evdə qalmağa çalışın, evdə qalmaq sizin özünüz üçün lazımdır.

Bu, adi bir qrip infeksiyası deyil ki, özünü biruzə versin, koronavirus bir neçə gün sonra özünü göstərir. Bəzən sağlam insan da koronavirus daşıyıcısı ola və digərlərini yoluxdura bilər. Ona görə də evdə qalmaq özünüz və ailəniz, yaxınlarınız və ümumən cəmiyyətimiz üçün çox önəmlidir".

Q.Paşayeva müraciətində Avropa ölkələrində baş verən hadisələrə də diqqət çəkib:

"Digər ölkələrə, xüsusən də Avropaya baxın, görün orada nələr baş verir. Bu virusun vaksini hələ tapılmayıb, nə vaxt tapılacağı da kimsəyə bəlli deyil. Əgər biz dövlətimizlə əl-ələ versək, bu virusun geniş şəkildə yayılmasının qarşısını ala bilərik.

Gigiyenik qaydalara əməl edin, əgər ciddi bir səbəblə çölə çıxarsınızsa, çalışın maskalardan istifadə edin, əllərinizi gigiyenik məhlullarla yuyun".

Millət vəkili qeyd edib ki, dövlətimiz üzərinə düşən bütün işləri görür:

"Cənab Prezident özü şəxsən bu işlərə rəhbərlik edir, ancaq biz də öz növbəmizdə bu dövlətimizə dəstək olmalıyıq. Bilirisiniz ki, koronavirus bütün dünyaya "müharibə elan edib" və belə bir dövrdə bu virusdan heç kəs sığortalanmayıb.

Əgər ölkə ərazisində bu virusun yayılması genişlənərsə, hamımız onun əziyyətini çəkəcəyik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar