Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İbrahim Məmmədov: Biz arzuolunmaz istiqamətdə hərəkət edirik

Tarix: 27-03-2020 15:29     Baxış: 4201 A- / A+
İbrahim Məmmədov: Biz arzuolunmaz istiqamətdə hərəkət edirik

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bizimyol.info-ya bildirib ki, son günlər koronavirusla bağlı görülən tədbirlərdə xalq həmrəylik nümayiş etdirməlidir.

“İş adamları həmrəylik nümayş etdirir, öz mülklərini, otellərini karantin üçün boşaldır, orda saxlanılan şəxsləri öz vəsaitləri hesabına yeməklə təmin edirlər.Həmçinin Koronavirusla Mübarizə Fondu da həmrəyliyimizin nümayişidir. İnsanlar bu akisiyay aqoşulublar fonda vəsait köçürürlər.Fond hələlik xərcləmələr etməyib.Fondun saytında xərc bölümü var, xəsrcləmələr olan kimi ora məlumat daxil olacaq. Bu məsələdə şəffaflıq önəmlidir, xərcləmələr olduqca insanlar bunu görəcəklər. Neftçilərimiz böyük fədakarlıq edirlər. Onlar dənizdə 15 günlük rejimlə işləməliydilər.Lakin 2 ay qalıb işləmək istəyiblər k, növbə dəyişərkən virusun yayılması neft daşlarına sıçramasın”.

İbrahim Məmmədovun sözlərinə görə, rayonlarda insanlarda həmrəylik Bakıya nisbətən azdır.

“İnsanlar evdən çıxrırlar, rayonlararası səfərlər çoxdur.65 yaşlı insanlar yoluxduqda letal nəticələr daha çoxdur, təəssüf ki insanlar fərdi məsuliyyətlərini dərk etmirlər. 745 adam inzibati məsuliyyətə cəlb olunub, polisə müqavimt göstərirlər. Lakin belə görünür ki, daha sərt tədbirlərə getmək lazım gələcək.Artıq bir çox insanlar daha sərt tədbir görülməsini tələb edirlər. Çünki yoluxmanın qarşnın alınması üçün bu vacibdir.Biz arzuolunmaz istiqamətdə hərəkət edirik. Karantində vəziyyəti yüngülləşdirmək, xaricdən gələnlərin sayını azaltma, yoluxmanın sürətini azaltmaq, izolyasiyanı gücəndirmək vacibdir. Fərdi məsuliyyət olmasa ordu da bunun qarşısını ala bilməz”, deyən NK rəsmisi onu da əlavə edib ki, hazırda Azərbaycanda 65 yadan yuxarı tənha insanların sayı 17 min civarındadır və onlara 1600 sosial işçi ayrılıb.Bu rayonlara da aiddir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar