Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Karantin sanatoriya deyil - PA rəsmisi

Tarix: 24-03-2020 19:27     Baxış: 3119 A- / A+
Karantin sanatoriya deyil - PA rəsmisi

Hər məsələyə obyektiv baxmaq lazımdır. Karantin sanatoriya deyil. Heç kim elə qəbul etməsin ki, karantinə istirahətə gəlib, onun üçün pulsuz turizm imkanları yaradılıb.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə karantin şəraitindən narazılıq edənlərə cavab olaraq söyləyib.

Prezidentin köməkçisi bildirib ki, koronavirus qlobal bəladır:

"Bəzi dövlətlər bunu qlobal müharibə kimi xarakterizə edirlər. Bu, elə bir müharibədir ki, burada düşmən görünmür, döyüşçüləri, əsgərləri həkimlərdir, tibb işçiləridir. Bunun qarşısında dünyanın aparıcı dövlətləri acizdirlər. Belə olan halda vətəndaşların hər bir məsələdə bəhanə axtarmaları, problem axtarmaları düzgün deyil. Dövlət bütün lazımi addımlar atır, əhalinin sağlamlığının qorunması üçün tədbirlər görür. Ona görə də, əsassız tənqidlərdən uzaq dayanmalıyıq, məsuliyyətli olmalıyıq, dövlətimizin yanında olub, görülən işləri dəyərləndirməliyik. Görün nə qədər insan həyatını risk altında qoyur. Vətəndaşlarımızın xaricdən gətirilməsi, burada karantinə alınmasında iştirak edən insanlar var. Təyyarə pilotlarından, bələdçilərindən tutmuş, orada fəaliyyət göstərən diplomatlara, buradakı həkimlərə qədər, hamısı həyatını risk altına qoyur. Bunu dəyərləndirmək lazımdır. Əhalimizin mütləq əksəriyyəti bunu təqdir edir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar