Sizin Reklam Burada
Xəbər lenti
04 iyul
03 iyul
BÜTÜN XƏBƏRLƏR

Tibbi sığorta haqqının ödənilməsi qaydası müəyyənləşdi

Tarix: 19-03-2020 23:31     Baxış: 429 A- / A+
Tibbi sığorta haqqının ödənilməsi qaydası müəyyənləşdi

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nı təsdiq edib.

Manevr.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qaydalar 2020-ci ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş icbari tibbi sığorta haqqının mərhələli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

Sığorta haqqının adambaşına məbləği Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir.

Sığorta haqqının ümumi məbləği nəzərdə tutulan sığorta haqlarının ölkənin inzibati ərazi vahidləri üzrə əhalinin (həmin inzibati ərazi vahidlərində yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) sayına hasili qaydasında hesablanır.

İnzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hər rübün 2-ci ayının 15-dən gec olmayaraq, Maliyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunur. İnzibati ərazi vahidlərində olduğu yer üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Agentliyin elektron informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilir.

Maliyyə Nazirliyi tərəfindən sığorta haqqı hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilir. Eyni zamanda bu qaydada ödənilməsi nəzərdə tutulan sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edir.

Bu qaydada göstərilən qaydada təqdim edilən məlumatlara əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, il ərzində əhalinin sayındakı artım və ya azalmalar nəzərə alınmaqla, həmin bölgüdə müvafiq dəyişikliklər edilir.

Maliyyə Nazirliyi həmçinin sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla 10 gün müddətində təsdiq edir.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar