Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə koronavirusla mübarizəyə 100 milyard lirə pul ayırır

Tarix: 19-03-2020 04:47     Baxış: 3145 A- / A+
Türkiyə koronavirusla mübarizəyə 100 milyard lirə pul ayırır

“İqtisadi Sabitlik Qalxanı adlandırdığımız bir paketlə krornavirus infeksiyasının təsirini azaltmaq üçün cəmi 100 milyard lirə pul ayırırıq”.

Bunu koronavirusla (COVİD-19) mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident deyib ki, koronovirusla əlaqədar tədbirlər çərçivəsində fəaliyyətlərini dayandıran işçilərə müvəqqəti gəlir dəstəyi vermək və işəgötürənlərin xərclərinin azaldılması üçün yarımgünlük iş rejimi tətbiq olunacaq.

Ərdoğan bildirib ki, koronavirus böhranına ən çox məruz qalan qurumlardan biri Türk Hava Yollarıdır ki, bu quruma lazım olan dövlət dəstəyi veriləcək: “Həmçinin daxili hava nəqliyyatında 3 ay üçün ƏDV dərəcəsini 18 faizdən 1 faizə endiririk”.

Tədbirlər çərçivəsində aprel, may və iyun aylarında otel kirayələrinin asanlaşdırılacağını və otellərin gəlir vergilərinin 6 ay təxirə salınacağını deyən Türkiyə Prezidenti maliyyə axını zəifləyən şirkətlərə kredit borcları və faiz ödənişlərinin minimum 3 ay təxirə salınacağını, lazım olduqda əlavə maliyyə dəstəyi veriləcəyini vurğulayıb.

Ərdoğan koronavirusla mübarizədə türk lirəsinin məzənnəsini qorumaq üçün Türkiyənin böyük müqavimət göstərdiyini deyib: “28 fevral-16 mart tarixində Hindistan birjası 18, ABŞ 21, İngiltərə 22, Almaniya 26 və İtaliya 32 faiz itki verdiyi halda, bizim itkimiz 17 faiz olub”.

Prezident onu da vurğulayıb ki, koronavirus infeksiyası ilə əlaqədar bütün dünya yeni bir dövrə qədəm qoyur və Türkiyə bu mərhələdən uğurlu keçməsi üçün fəaliyyətini artıracaq: “Peyğəmbərimiz vəba olan yerə gedilməməsini, vəba olan yerdən çıxılmamasını tövsiyə edib. Tədbirlərə bu dönəmdə həssaslıqla yanaşsaq, 3 həftə evdə qalma müddətinə əməl edə bilərik”. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar