Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Donald Tramp Pekinin etirazlarına rəğmən koronavirusu yenə də “Çin virusu” adlandırdı

Tarix: 18-03-2020 04:57     Baxış: 3165 A- / A+
Donald Tramp Pekinin etirazlarına rəğmən koronavirusu yenə də “Çin virusu” adlandırdı

ABŞ prezidenti Donald Tramp yenidən koronavirusu “Çin virusu” adlandırıb.

Manevr.az xarici agentliklərə isitnadən xəbər verir ki, bununla o, rəsmi Pekinin qəzəbinə səbəb olub. “Bu virus Çindən gəlib, ona görə də məncə, həmin tərif daha dəqiqdir”,-deyə Birləşmiş Ştatların dövlət başçısı bildirib.

Bundan başqa, Ağ Evin rəhbəri Çin hakimiyyətini Uxan şəhərində meydana gələn epidemiyanın amerikalı hərbçilər tərəfindən gətirildiyi barədə qəsdən yalan informasiyalar yaymaqda suçlayıb.

“Çinin bizim ordu mənsublarına böhtan atması xoşuma gəlmədi. Hərçbçilərimiz kimsəni yoluxdurmayıb”,-deyə Donald Tramp söyləyib.

Qeyd olunur ki, ABŞ Dövlət departamenti Çinin Vaşinqtondakı səfiri Suy Tyankayı çağıraraq ona etiraz notası təqdim edib. Birləşmiş Ştatların diplomatik idarəsi Kommunist rejimi sosial şəbəkələrdə populyarlaşan sui-qəsd nəzəriyyələrini daha da qızışdırmaqda günahlandırıb.

Xatırladaq ki, Çin Xarici işlər nazirliyinin nümayəndəsi Çjao Litszyan ötən həftə tvit ataraq qlobal pandemiyaya səbəb olan bu virusun “sıfır xəstəsi”nin Uxan şəhərindən deyil, Birləşmiş Ştatlardan gəldiyini bildirmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar