Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan bankları vətəndaşlara müraciət etdi

Tarix: 14-03-2020 23:15     Baxış: 4198 A- / A+
Azərbaycan bankları vətəndaşlara müraciət etdi

Azərbaycan Banklar Assosiasiyası 13 mart tarixində mətbuatda valyuta mübadiləsi əməliyyatları ilə əlaqədar möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasına üzv banklarının birgə bəyanatında qeyd olunub.

Müraciətdə bildirilib ki, bank sektorunda çalışmayan bir neçə şəxs qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd şəkildə valyuta mübadiləsi fəaliyyəti həyata keçirib və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurub.

"Azərbaycan Bankar Assosiasiyasına üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq belə həssas məqamda intesiv şəkildə fəaliyyət göstərir, elan olunmuş pandemiya və neft qiymətlərinin kəskin enməsi fonunda xarici valyutaya yaranmış tələbat ödənilməsi məqsədilə bütün qüvvələrini səfərbər edərək Azərbaycan Respublikası vətəndaşlarına yüksək xidmət göstərmək üçün səylərini əsirgəmirlər.
Təəssüf ki, bəzi möhtəkirlər şəxsi maraqlarını üstün tutaraq Azərbaycan qanunvericiliyinə, ölkənin iqtisadiyatına və xalqın mənafeyinə zidd, eləcə də mənəviyyatdan uzaq olan belə hərəkətlərə yol verərək, görülən bütün bu işlərə və səylərə kölgə salırlar.

Azərbaycan Bankar Assosiasiyasının üzvləri bu kimi hərəkətləri yolverilməz hesab edir və şiddətlə qınayır, müvafiq dövlət orqanlarının və ictimaiyyətin birbaşa istirakı ilə bu cür qanunazidd hallarla mübarizəyə hazır olduğunu bildirir" - deyə məlumatda qeyd edilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar