Sizin Reklam Burada
Xəbər lenti
04 aprel
03 aprel
02 aprel
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva:“Vətəndaş dövlətin işinə dəstək verməklə özünü, ailəsini qorumuş olacaq”

Tarix: 14-03-2020 16:02     Baxış: 449 A- / A+
Qənirə Paşayeva:“Vətəndaş dövlətin işinə dəstək verməklə özünü, ailəsini qorumuş olacaq”

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus infeksiyası (COVID-19) ilə bağlı qlobal pandemiya elan etdiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıb. COVİD-19 infeksiyasının yaratdığı vəziyyətlə bağlı Azərbaycan hökumətinin ölkəmizdə məhz pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlaması təqdirəlayiqdir”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, bu infeksiya ilə mübarizədə hökumətin önləyici tədbirlər alması, virusun yayılmaması üçün öhdəsinə düşən işləri görməsi çox önəmlidir və dövlətimiz, hökumətimiz bu istiqamətdə bütün lazımı addımları atır: “Azərbaycanın bu məsələ ilə bağlı addımları ÜST tərəfindən də qiymətləndirilir. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkə üçün səciyyəvi hal alıb. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Bu mövzu birbaşa cənab Prezidentimizin nəzarətindədir və bu virusun bir çox ölkədə olduğu kimi, ölkəmizdə geniş yayılmaması üçün tədbirlər daha da genişləndirilir. Amma bu məsələdə məsuliyyət həm də cəmiyyətin, hamımızın üzərinə düşür”.

Millət vəkili qeyd edib ki, hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək: “Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas amillərdən biridir. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bununla bağlı açıqlanmış məlumatları hər kəs oxumalıdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür. Ona görə də bu məsələ indiki halda milli həmrəylik məsələsidir. Təhlükənin öhdəsindən həm də özümüz qaydalara əməl etməklə, hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur”.

Komitə sədri vurğulayıb ki, KİV, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi məsələsidir: “Müxtəlif şayiələr yayanlar, “whatsapp” səsləri göndərənlər və reytinq xatirinə yalan xəbər yazanlara onları belə addımlar atmamağa çağırırıq. Bunun yaratdığı və yarada biləcəyi fəsadları hər kəs anlamalıdır. Yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və hüquqi məsuliyyət doğuracaq. Belə məqamlarda informasiya təhlükəsizliyinin təmin olunması çox vacibdir. Bu məsələdə yalan məlumatlar yayanlara güzəşt edilməməlidir”.apa

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar