Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı oldu

Tarix: 13-03-2020 06:29     Baxış: 3189 A- / A+
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları martın 5-də Moskvada Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli görüşün gedişatında nail olunmuş razılaşmaların reallaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər. Prezidentlər İdlibdə gərginliyin azalmasından məmnunluqlarını bildiriblər.

Qeyd edilir ki, tərəflər hər şeydən əvvəl Türkiyə və Rusiya Müdafiə nazirliklərinin döyüş hərəkətlərinin və vəziyyətin sonrakı sabitliyinin möhkəm təminatı üçün birgə işin davam etdirilməsinin əhəmiyyətini təsdiqləyiblər.

Telefon danışığında şəxsi əlaqələr də daxil olmaqla, müntəzəm dialoqu bundan sonra da müxtəlif səviyyələrdə dəstəkləmək razılaşdırılıb. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar