Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusu denqe qızdırması ilə nə bağlayır? - ARAŞDIRMA

Tarix: 10-03-2020 12:01     Baxış: 2161 A- / A+
Koronavirusu denqe qızdırması ilə nə bağlayır? - ARAŞDIRMA


Sinqapur alimləri COVID-19-un yeni simptomlarını aşkar edib.


Bu barədə “The Straits Times” məlumat yayıb.

Bu simptomların xəstədə denqe qızdırmasının olması ilə bağlı səhv təsəvvür meydana gətirdiyi ifadə edilib. Koronavirusa yoluxmuş xəstədə qaşınma, səpki və hərarət ola bilər. Bu vəziyyətdə COVID-19 üçün xarakterik olan simptomlar iştirak etməyəcək.

Tədqiqatçıların fikrincə, denqe qızdırmasında hətta analizlər bəzən yanlış müsbət nəticələr göstərə bilər. Odur ki, mütəxəssislər həkimləri koronavirus diaqnozuna ciddi yanaşmağa dəvət edib. Vurğulanıb ki, düzgün olmayan müalicə həm xəstənin, həm də başqalarının həyatını təhdid edir.

Hərarət, halsızlıq və bəlğəmli öskürək isə yeni tip virusun əsas əlamətləri olmağa davam edir.

ABŞ-ın Cons Hopkins Universitetinin layihəsində əldə edilən son məlumatlara görə, dünyada 113 mindən çox koronavirus infeksiyası yayılıb, bunun təqribən 80,7 mini Çində qeydə alınıb. Dünyada 4024 nəfər yoluxma qurbanı olub, 64 mindən çoxu isə sağalıb. /publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar