Sizin Reklam Burada
Xəbər lenti
04 avqust
03 avqust
02 avqust
BÜTÜN XƏBƏRLƏR

Deputatlığa namizədlər Konstitusiya Məhkəməsinin qərarını tənqid etdilər

Tarix: 05-03-2020 19:02     Baxış: 462 A- / A+
Deputatlığa namizədlər Konstitusiya Məhkəməsinin qərarını tənqid etdilər

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin 9 fevral tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləməsi qeydə alınmış deputatlığa namizədlərin etirazları davam edir.

Manevr.az xəbər verir ki, bizimyol.info seçki dairələri üzrə qalib elan edilməmiş deputatlığa namizədlərdən açıqlama alıb.

30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Samirə Rəfullayeva bildirib ki, Konstitusiya Məhkəməsi əks qərar versəydi, bu surpriz olardı: “Bildirmək istəyirəm ki, növbədənkənar seçkilər təyin olunanda mən sabahımıza böyük ümidlər bəsləməyə başlamışdım. Zamanla rastlaşdığımız haqsızlıqlara son nöqtəni 9 fevral tarixində qoyuldu. Əslində bu tarixdə çox şeyin dəyişəcəyinə inanan millət üçün ən biabırçı seçkinin keçirilməsi təəssüfedicidir. Ona görə də Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi. Əksinə verilmiş qərar bomba effekti yarada bilərdi.

Çox üzülürəm ki, göz görə-görə, utanmadan millətin haqqını yeyən saxtakarlara qarşı əlimizdə xeyli faktlar olsa da, şikayətlərimiz nəzərər alınmadı. Necə deyərlər, özləri çalıb, özləri oynadılar”.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Əlirza Kərimli bildirib ki, seçki marafonu bitsə də, o hüquqi mübarizəsini davam etdirəcək: “Azərbaycanda de-yure hakimiyyət bölgüsü olsa da, saxta seçkilərin nəticələrinin müstəqil olmayan məhkəmələr tərəfindən rəsmiləşdirilməsi o deməkdir ki, de-fakto hakimiyyət yalnız icra hakimiyyətinə məxsusdur. Bəli, məhkəmələrin sifarişlə qərar verməsi nəticəsində qanunverici orqan müstəqilliyini və mövcudluğunu itirmiş oldu. Bu hadisə xalq hakimiyyətinin mənimsənilməsidir. Azərbaycan xalqı bu cinayəti törədənləri və təyinatla deputat olanları legitim qəbul etməməlidir. Təkhakimiyyətlilik və idarəetmədə hesabatsızlıq Azərbaycana çox ciddi zərərlər vuracaqdır və bu məsuliyyət bu cinayət törədənlərin boyununda qalacaqdır. Mən haqqları oğurlanan müstəqil namizəd kimi hüquqi müstəvidə mübarizəmi sonacan davam etdirəcəyəm”.

52 saylı Quba seçki dairəsindən deputatlığa namizəd Əlabbas Məhərrəmov bildirib ki, Konsitutsiya Məhkəməsinin qərarını tənqid edib: “Bir namizəd olaraq seçki dövrünü bir necə yerə bölərdim. Birinci dövr növbədənkənar seçki qərarının verilmə dövrüdür. Sanki cəmiyyət aparılan islahatlar fonunda qanunvericilik orqanında dəyişiklik fikrinin reallaşmasını hiss etdilər. Əsasən gənclər bu prosesə ürəklə qoşulub prosesin iştirakçısı olmaq qərarına gəldilər. İkinci dövr şəxslərin namizədliyi irəli sürməsi, qeydiyyatdan keçməsi və təbliğat-təşviqat dövrü idi. Burda da prosesi normal qiymətləndirmək olar. Amma seçkiyə bir həftə qalmış inzibati resurslardan istifadə hiss olunmağa başladı. Kəndlərdə yerləşən məntəqələrdə isə hava şəraitinin pis olması ucbatından seçkiyə gəlməyənlərin bülletenləri “qalib” elan edilmiş namizədin xeyirinə istifadə edildi. Bu gün Konsitutsiya Məhkəməsinin seçkilərin yekun protokolunu təsdiq etməsini düzgün saymıram”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar