Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Novruz bayramına kimi dərslər dayandırılsın" – İqtisadçı-alimdən təklif

Tarix: 29-02-2020 12:28     Baxış: 3188 A- / A+
"Novruz bayramına kimi dərslər dayandırılsın" – İqtisadçı-alimdən təklif

"Bu günə olan məlumata görə, Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Artıq 1 nəfərdə koronavirus tapılıb, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb. Bu rəqəmlər hər gün artır. Odur ki, bir daha təklif edirəm ki, baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın. Bununla əlaqədar olaraq buraxılan dərslər buraxılan tədris ilinin sonuna əlavə olunsun".

Manevr.az xəbər verir ki, bu barədə ABŞ-da pedaqoji fəaliyyətlə məşğul olan tanınmış iqtisadçı-alim Qubad İbadoğlu öz "Facebook" hesabında paylaşım edib.

Qubad İbadoğlu yazıb ki, bu müddət ərzində məktəblər sanitar gigiyenik ekspertiza keçirilsin, dezinfeksiya olunsun, onların su təminatı yaxşılaşdırılsın, tualetlər təmir edilsin və ya yenidən qurulsun, əl yumaq yerləri sabun və digər gigiyenik vasitələrlə təchiz edilsin, qurulayıcı vasitələr quraşdırılsın, sanitar-gigiyenik tələblərə dair posterlər nəşr edilib, siniflərdə yerləşdirilsin, müəllimlər təlimlərə cəlb edilsin: "Qanuna görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir".

İqtisadçı hamını Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə kütləvi xəstəlik ehtimalının yüksək olması səbəbindən qabaqlayıcı tədbir kimi baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılması ilə əlaqədar müraciət etməyə səsləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar