Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə XİN İdlib mövzusunda Rusiya ilə aparılan danışıqların yekun nəticələrini açıqlayıb

Tarix: 28-02-2020 04:47     Baxış: 3132 A- / A+
Türkiyə XİN İdlib mövzusunda Rusiya ilə aparılan danışıqların yekun nəticələrini açıqlayıb

“İdlib mövzusunda Rusiya ilə danışıqlar aparan Türkiyə dərhal atəşkəs və Soçi memorandumunun tam yerinə yetirilməsini təkid edir”.

Manevr.az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi cümə axşamı Ankarada İdlib mövzusunda Rusiya-Türkiyə məsləhətləşmələrinin üçüncü mərhələsinin nəticələrindən sonra deyib.

“Danışıqlar əsnasında nümayəndə heyətləri İdlibdəki vəziyyəti hərtərəfli araşdırdılar. Tərəfimiz bildirdi ki, qısa müddətdə barışıq əldə olunmalıdır. Bu məqsədlə müvafiq addımların atılması təklif edildi. Soçi razılaşmasının tam şəkildə həyata keçirilməsinin və humanitar fəlakətin qarşısını almağın vacibliyini və kütləvi miqrasiya imkanlarını qeyd etdik”, deyə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlamasında vurğulayıb.

Qeyd edək ki, danışıqların ilk mərhələsi 8-10 fevral tarixlərində Suriyanın şimal-qərbindəki gərginliyin artması fonunda Ankarada baş tutdu. İkinci mərhələ isə 17-18 fevral tarixlərində Moskvada keçirilib.

Rusiya nümayəndə heyətinin tərkibinə prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev və xarici işlər nazirinin müavini Sergey Verşinin, həmçinin Müdafiə Nazirliyinin nümayəndələri daxil idi. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar