Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunub -ŞƏKİLLƏR

Tarix: 26-02-2020 15:57     Baxış: 4250 A- / A+
Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunub




Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən bu gün ilk dərslər Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

Müəllimlər 28 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini tələbələrlə bölüşən müəllimlər şəhid olmuş günahsız insanların həmişə ehtiramla yad ediləcəklərini diqqətə çatdırıblar.

Dərslərdə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə müxtəlif fotoşəkillər, məlumatlar, faciəni özündə əks etdirən sənədli filmlər nümayiş olunub.

Azərbaycan İlahiyyat İnstitutu tələbələrin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərin və ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının yad edilməsi məqsədilə müxtəlif seminarların və “dəyirmi-masa”ların təşkilini həyata keçirir. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir. Belə ki, ali təhsil müəssisəsi Türkiyənin İstanbul şəhərində Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatını və faciə qurbanlarına həsr olunmuş fotoşəkillərdən ibarət sərginin nümayişini həyata keçirib. Bundan əlavə, “Bir” Tələbə-Könüllü Proqramı ilə tələbələr üçün “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqqında çəkilmiş “Xüsusi təyinatlı İbad” filminin nümayişini, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirib. Eyni zamanda, orta məktəblərdə Xocalı soyqırımı haqqında tədbirlərdə də Aİİ-nin rəhbər və müəllim heyəti iştirak edib.

Manevr.az

Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunub
Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunub
Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar