Sizin Reklam Burada
Xəbər lenti
02 iyun
01 iyun
BÜTÜN XƏBƏRLƏR

Sabirabadda “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib -ŞƏKİLLƏR

Tarix: 25-02-2020 18:57     Baxış: 5115 A- / A+
Sabirabadda “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib

Sabirabad rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirildi.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuş, 8 ailə məhv edilmiş,1275 nəfər əsir götürülmüş,150 nəfər itkin düşmüşdür. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini əbədiləşdirmək məqsədilə Sabirabad rayonunda bir sıra tədbirlər keçirilir. Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi bu faciəyə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.

Sabirabadda “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib


Bu gün Sabirabad rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Yeni Güdəcühür qəsəbə klub icma mərkəzinin müdiri Səbinə İsmayılovanın aparıcılığı ilə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri iştirakçıların nəzərinə çatdırılıb. Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və təbliğinin önəmindən geniş söz açdı. Qeyd etdi ki, Xocalı soyqırımı erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi amansız faciədir. Hər bir kəs tarixi həqiqətləri təbliğ etməli, tariximiz unudulmamalı, daha geniş miqyasda təbliğ olunmalıdır. Tədbirlər Regional İdarənin tabeliyində olan bütün müəssisələrdə geniş şəkildə anılmaqdadır. Sabirabad Regional Mədəniyyət İdarəsi bu qanlı tarixi unutmur, bütün müəssisələrdə anım tədbirləri keçirilərək soyqırımla bağlı həqiqətlər gənc nəsillərə çatdırılır. Sabirabad rayon Mədəniyyət Mərkəzinin əlillərdən ibarət “Mübarizlər” teatrının kollektivi Xocalı faciəsini əks etdirən “Laçına məktub” kompozisiyası ilə uşaqlar, şagirdlər və gənclər arasında maarifləndirmə işlərinin aparılması üçün gördükləri işdən danışdı. Həmçinin Mədəniyyət Mərkəzinin filiallarının maarifləndirmə aparılması üçün mütəmadi olaraq şagird və gənclərlə keçirdiyi görüşləri qeyd etdi.

Sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin əlillərdən ibarət “Mübarizlər” teatrı kollektivinin ifasında rejissor Seyidməmməd Əliyevin hazırladığı Xocalı soyqırımına həsr olunmuş “Laçına məktub” adlı ədəbi-bədii kompozisiyası təqdim olundu. Tamaşadan sonra faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xocalı faciəsi əsrin faciəsidir” adlı guşəyə baxış keçirildi.

Manevr.az

Sabirabadda “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib
Sabirabadda “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib
Sabirabadda “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib
Sabirabadda “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar