Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

DTX-nın həbs etdiyi başçının səlahiyyətləri kimə həvalə olunub? - AÇIQLAMA

Tarix: 25-02-2020 16:42     Baxış: 4281 A- / A+
DTX-nın həbs etdiyi başçının səlahiyyətləri kimə həvalə olunub? - AÇIQLAMA

"Neftçala Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri hələlik heç kimə həvalə olunmayıb”.

Manevr.az bildirir ki, bu barədə bizimxeber.az-ın sorğusuna cavab olaraq icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Çiçək Adgözləova bildirib.

Sektor müdiri əlavə edib ki, belə hallarda icra başçısının səlahiyyətləri adətən müavinlərə həvalə olunur: "Amma hazırda icra hakimiyyətində heç bir müavin yoxdur. Müavinlərdən birinin yeri uzun müddətdir vakant olaraq saxlanılırdı. Diğər iki müavin – Vurğun Əkbərov həbs olunub, diğər müavin Gültəkin Sadıqova isə ötən gün işdən çıxarılıb. Buna görə də, İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri hələlik heç kimə həvalə olunmayıb”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Neftçala İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı İsmayıl Vəliyev, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, YAP rayon Təşkilatının sədri Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar