Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rəis müavini işdən çıxarıldı: vətəndaşlara yalan vədlər verdiyinə görə

Tarix: 25-02-2020 14:36     Baxış: 4302 A- / A+
Rəis müavini işdən çıxarıldı: vətəndaşlara yalan vədlər verdiyinə görə


Fevralın 25-də Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifədən azad edilib.

“Azəriqaz”-dən Manevr.az-a verilən məlumata görə, rəis müavini vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və s. əməllərinə görə işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, E.İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib.

“Azəriqaz” bir daha bəyan edir ki, bütün struktur bölmələrdə, o cümlədən RQİİ-də məsul şəxslər vətəndaş məmnuniyyətini təmin etmək və baş verən problemlərin vaxtında aradan qaldırılması üçün səylə çalışmalıdır. Bundan başqa, xüsusən də Birliyin vəzifəli şəxsləri rəhbərlik etdikləri kollektivlərdə işgüzar mühitin səmərəliliyinin artırılmasına və qanunvericiliyin tələblərinin icrasına diqqət ayırmalıdırlar. Əks halda vəzifəsindən asılı olmayaraq nöqsanlara yol verən istənilən şəxs barəsində qanun çərçivəsində cəza tədbirləri görüləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar