Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qapı-qapı düşüb pul yığırlar – Bakıda koronavirus fırıldaqçılığı – VİDEO

Tarix: 25-02-2020 11:12     Baxış: 3217 A- / A+
Qapı-qapı düşüb pul yığırlar – Bakıda koronavirus fırıldaqçılığı – VİDEO


Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub.

Manevr.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.
Sakin: “1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.
Sakin: “Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, – dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.
Sakin: “Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər:
“Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb “biz dezinfeksiya işi aparmağa gəlmişik” deyə bilməz, icazəsi yoxdur.
Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.
Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar